Saakaşvili Ukrayna prezidentinə yeni tələblər irəli sürür

Ukrayna - Saakashvili onun müdafiəsi üçün Kiyevdə keçirilən yürüşdə çıxış edir 27 noyabr 2017

Kiyevdə - Ali Radanın binası yaxınlığında "xalq veçesi" keçirilir.

Bu toplantını Gürcüstanın keçmiş prezidenti, Ukraynanın keçmiş qubernatoru Mixeil Saakaşvili keçirir.

Toplantıda yüzlərlə insan iştirak edir.

"Yeni qüvvələrin hərəkatı"nın lideri M.Saakaşvilinin toplantı iştirakçıları qarşısında çıxışı və prezident Poroşenkoya bir sıra tələblər irəli sürməsi gözlənir.

Buna da bax: Saakaşvili öz tərəfdarlarını onu Poroşenkodan müdafiə etməyə çağırıb

Saakaşvilinin tələbləri bunlardır:

- İmpiçment haqda qanun qəbul edilsin.

- Tariflər dondurulsun.

- Növbədənkənar prezident və parlament seçkiləri keçirilsin.

- Odlu silah leqallaşdırılsın.

- Rusiya ilə diplomatik əlaqələr kəsilsin.

- Oliqarxları səhmləri müsadirə edilsin.

- Separatçıların nəzarətində olan ərazilərdə vətəndaşların seçici hüquqları məhdudlaşdırılsın.

Toplantı iştirakçılarına tələblərin yer aldığı vərəqələr paylanıb.

"Xalq veçesi"ni 700-cən polis əməkdaşı və Milli qvardiya əsgəri izləyir.

Buna da bax: Saakaşvilidən Poroşenkoya 5 günlük ultimatum

Sizin brauzer HTML5-i dəstəkləmir

Saakaşvilidən Poroşenkoya 5 günlük ultimatum