Prezident Co Baydeninin milli təhlükəsizlik müşaviri oktyabrın 5-də israilli həmkarı ilə görüşündə deyib ki, diplomatiya İranın nüvə proqramını cilovlamağın ən yaxşı yoludur.
Lakin müşavir prezident Baydenin Tehrana xəbərdarlığını xatırladaraq deyib ki, əgər danışıqlar iflasa uğrasa Vaşinqton başqa variantlara da üz tuta bilər.
Baydenin baş müşaviri Ceyk Sallivan və İsrailin milli təhlükəsizlik müşaviri Eyal Hulata Vaşinqtonda Tehranın nüvə proqramının nə dərəcədə irəli getməsinə dair fikir və kəşfiyyat məlumatı mübadiləsi ediblər.
2015-ci ildə İranla dünya güclərinin imzaladlıqları sazişə görə Tehran nüvə zənginləşdirilməsi poqramına limit qoymalı idi.
Bunun müqabilində İranın üzərindəki beynəlxalq iqtisadi sanskiyalar qalsdırılmalıydı.
İsra
Sizin brauzer HTML5-i dəstəkləmir
il əleyhinədir
Lakin keçmiş prezident Donald Tramp 2018-ci ildə ölkəsini bu razılaşmadan çıxardıqdan sonra İran üzərinə sanksiyalar bərpa olunub.
Hazırda ABŞ hökuməti bu razılaşmanın dirçəldilməsinə çalışır. İsrail bunun əleyhinədir.
ABŞ ekspertləri bildirilər ki, İran bu saziş imzalanarkən atom bombası yaratmaq üçün kifayət qədər zəngin uran istehsal etmək hədəfindən 12 ay aralı idi, lakin Trampın məlum addımından sonra indi bu müddət bir neçə ay olaraq dəyərləndirilir.
İsrailin qatı regional rəqibi olan İran nüvə silahı yaratmaq istədiyinə dair iddiaları qətiyyətlə rədd edir.
Buna da bax: Əmir-Abdullahian: ‘İran üçüncü ölkələrin onun qonşuları ilə münasibətinə...’ABŞ İsrailin təhlükəsizliyinə sadiqdir
Sallivan oktyabrın 5-da prezident Baydenin İsrailin təhlükəsizliyinə fundamental sadiqliyini bir daha vurğulayıb.
Müşavir deyib ki, Vaşinqton Tehranın nüvə silahı istehsalına çatmasının qarşısını almaq əzmindədir.
Ağ Evin verdiyi bəyanatda deyilir:
“Cənab Sallivan izah edib ki, bu administrasiya bu məqsədə çatmaq üçün ən yaxşı yolun diplomatiya olduğuna inanır. Amma eyni zamanda prezident aydın şəkildə bildirib ki, diplomatiya iflasa uğrasa, Birləşmiş Ştatlar başqa variantlara da üz tutmağa hazırdır”.
Prezident Bayden İsrailin baş naziri Naftali Bennetlə avqust ayında görüşərkən buna bənzər mesaj vermişdi.
ABŞ-İsrail Strateji Məşvərət Qrupunun oktyabrın 5-də keçirilən görüşündə hərbi, kəşfiyyat və diplomatik rəsmilər iştirak edirdilər.
Buna da bax: Xameneinin nümayəndəsinin Bakı ofisinin fəaliyyəti dayandırılıbİran nəyə çalışır?
Qərb dövlətləri artıq bir müddətdir ki, Tehranı Vyanada ABŞ-la keçirilən nüvə danışıqları masasına qaytarmağa çalışırlar.
Lakin indiyədək 6 raundu keçirilmiş danışıqlar iyun ayından dayandırılıb. Həmin vaxt mühafizəkar İbrahim Rəisi İran prezidenti seçilib.
Tehran danışıqlara qayıdacağına dair bir neçə yayğın bəyanatlar verib.
ABŞ rəsmiləri “diplomatiya baş tutmazsa, Vaşinqtonun hansı variantlara əl atacağı” barədə təfərrüatlı məlumat vermirlər.
“Bu variantların arasında hərbi yol da varmı” sualına cavab olaraq ABŞ-ın vəzifəli rəsmisi “biz bütün zəruri addımları atmağa hazır olacağıq” cavabını verib.
Reuters agentliyi ekspertlərə istinadən yazır ki, Tehran vaxtı uzatmaqla və uranın zənginlik dərəcəsini artırmaqla danışıqlarda daha böyük güzəştlər əldə edəcəyini düşünür.