Keçmiş prezident Sarkisyanın qardaşı həbsdən azad olunub

Aleksandr Sarkisyan

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun xəbər verir ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyan azadlığa buraxılıb.

Bu barədə məlumatı Ermənistan polisinin ictimaiyyətlə əlaqələr və informasiya idarəsinin rəisi Aşot Aqaronyan verib.

Aqaronyan habelə bildirib ki, Aleksandr Sarkisyandan tapılmış silahın qanuniliyi məsələsi araşdırırlır.

Azatutyun xartırladır ki, iyunun 25-də Yerevan polisi Aleksandr Sarkisyanı qanunsuz silah saxlamaq ittihamı ilə saxlamışdı.

Bu da qeyd olunur ki, daha çox Saşik kimi tanınan 62 yaşlı Aleksandr Sarkisyan 2003-2011-ci illərdə Ermənistan Milli Məclisinin üzvü olub.

Media onun adını çoxsaylı bizneslərlə bağlayır.

Azatutyun bunu da xəbər verir ki, iyunun 25-də Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın mühafizə rəisi general-mayor Vaçaqan Kazaryan həbs edilib.