Sarkisyanın qardaşı oğlu azadlıqdan məhrum edildi

Narek Sarkisyan (ortada)

Sarkisyan 2018-ci ilin “məxməri” inqilabından sonra bir neçə aylıq axtarışlar nəticəsində Çexiyada tapılıb

Yerevanda məhkəmə Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyanı 5 il 6 ay azadlıqdan məhrum edib.

Sarkisyan 2018-ci ilin “məxməri” inqilabından sonra bir neçə aylıq axtarışlar nəticəsində Çexiyada tapılıb. Onun Qvatemal vətəndaşı adına saxta pasportla gəzdiyi üzə çıxıb.

Serj Sarkisyanın qardaşı Aleksandrın oğlu naməlum şəxsdən müxtəlif kalibrli 168 patron almaqda, həmçinin böyük miqdarda narkotik saxlamaqda, onları başqa yerə daşımaqda təqsirli bilinib. O, həbs altında idi.

Sarkisyan ittihamları qəbul edərək məhkəmə prosesini şahidlər dindirilmədən və dəlillər araşdırılmadan sürətləndirməyi xahiş edib.

Onun vəkili Azatutyun radiosuna apelyasiya şikayəti verəcəklərini deyib.