Dünyanın iki ən böyük neft ixracatçısı – Səudiyyə Ərəbistanı və Rusiya iyulun 3-də hasilat ixtisarını daha da dərinləşdirərək neftin qiymətində artıma nail olublar.
Reuters agentliyi yazır ki, bu, qlobal iqtisadi yavaşıma və ABŞ Federal Ehtiyatları tərəfindən faiz dərəcələrinin artırla biləcəyi ehtimalından qaynaqlanan narahatlıq şəraitində baş verir.
Səudiyyə Ərəbistanı bildirib ki, günə 1 milyon barrel könüllü hasilat ixtisarını avqustadək uzadıb.
Ər-Riyad bildirir ki, bu ixtisar avqustdan sonra da davam edə bilər.
Buna da bax: Rusiyada messencer istifadəçilərini izləyən proqram hazırlanıb - The New York TimesRusiya da qoşulur
Səudiyyənin bu bəyanatından bir neçə saat sonra Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib ki, Moskva avqust ayında hasilatı günə 500 min barrel ixtisar edəcək.
İxtisarlar qlobal təchizatın 1.5 faizini təşkil edir və OPEC+ qrupunun toplam ixtisarını günə 5.16 milyon barrelə çatdırır.
OPEC+ hazırda günə 3.66 milyon barrel hasilat ixtisarına əməl edir.
Bu, ötən il razılaşdırılmış günə 2 milyon barrel ixtisarla birlikdə qlobal təchizatın 3.6 faizini təşkil edir.
Aprel ayında razılaşdırılmış və 2024-cü ilin dekabrınadək davam edəcək günə 1.66 milyon barrel könüllü hasilat ixtisarı da bura daxildir.
Sizin brauzer HTML5-i dəstəkləmir
Qiyməti hələ ki, 70-80 dollardan yuxarı qaldırmaq olmur
Bu xəbərlərin dərhal ardınca Brent markasından olan neftin qiyməti 89 sent artaraq bir barrel üçün 76.30 dollara qalxıb.
OPEC və onun bu təşkilata daxil olmayan müttəfiqlərinin OPEC+ qrupu dünyada xam neftin 40 faizini hasil edir.
Sözügedən alyans Çinin zəif tələbatına və ABŞ-dan artmaqda olan təchizata cavab olaraq könüllü ixtisar barədə razılaşmanı ötən noyabrda əldə edib.
Buna baxmayaraq neftin qiymətini 70-80 dollar civarından yuxarı qaldırmaq hələ ki mümkün olmayıb.
Bu da xəbər verilir ki, Səudiyyə krallığı 2023-cü ilin avqustunda günə 9 milyon barrel neft ixrac edəcək.