Sentyabrın 26-da keçirilən referendumda səs verənlərin 88,9 faizi təkli olunan dəyişiklikləri dəstəkləyib.
“Turan”-ın xəbərinə görə, referendumda “exit-poll” keçirən ABŞ-ın “Artur J. Finkelstein & Associates” şirkəti və yerli Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası səsvermə başa çatdıqdan sonra keçirdikləri mətbuat konfransında belə açıqlama ilə çıxış ediblər.
Açıqlamaya görə, Konstitusiyanın icra hakimiyyəti ilə bağlı bölümünə təklif edilən dəyişiklikləri seçicilərin 87,3 faizi dəstəkləyib.
Bu “exit-poll”un nəticələrinə görə, təhlükəsizlik və müdafiə sahəsindəki təkliflərə seçicilərin 89,7, sosial təminatla bağlı təkliflərə 86,5, insan hüquqları ilə bağlı təkliflərə isə 88,3 faizi “hə” deyib.
Buna da bax: Deputat: 'Erkən prezident seçkisinin keçirilməsi ehtimalı böyükdür'
“Exit-poll”un nəticələrinə görə, səsvermədə seçicilərin 67,5 faizi iştirak edib.
Mərkəzi Seçki Komissiyasının məlumatında isə bu rəqəm 69,7 faiz göstərilirdi.
Təşkilatçılar bildirib ki, ”exit-poll” keçirilməsindən ötrü püşkatma metodu ilə 100 seçki dairəsindən 450 məntəqə seçilib.
“Exit-poll”u 30 supervayzer, 900 intervüer və 60 operator keçirib.
Referendumda daha bir neçə təşkilatın “exit-pol” keçirdiyi bildirilirdi. Onların da açıqladığı rəqəmlər MSK-nın nəticələrindən bir elə fərqlənməyib.
Buna da bax: Anar Məmmədli: 'Hakimiyyət istədiyinə nail oldu'
Azərbaycanda müstəqil seçki ekspertləri “exit-poll”ara bir qədər şübhə ilə yanaşırlar. Ekspertlər qeyd edirlər ki, “exit-poil” keçirən təşkilatlar əsasən hakimiyyətə yaxınlığı ilə seçilirlər və maliyyə mənbələri haqda şəffaf bilgi vermirlər.