Hafiz Hacıyev: 'Bu seçkidən ötrü bir manat pul ayrılmayıb' [video]

Sizin brauzer HTML5-i dəstəkləmir

Namizədlər seçki kampaniyasına pulu hardan alırlar? [A-Live]

Azərbaycanda prezidentliyə namizədlərin seçki kampaniyası üçün maliyyəsi hansı mənbələrdən formalaşır? Onlar öz kampaniyalarına ianə ala bilirlərmi?

Namizədlərdən biri olan Müasir Müsavat partiyasından prezidentliyə namizəd Hafiz Hacıyev deyir ki, maliyyə çatışmazlığı ucbatından hətta seçki plakatlarının çapında da çətinliklə üzləşir:

"Bir manat bu seçkidən ötrü pul ayrılmayıb. Yoxdur, heç bir şey yoxdur, heç nə ayrılmır. Çalışırıq görək ianələr vasitəsi ilə seçki təbliğatımızı apara bilirikmi. Düzdür bizə kömək etmək, könüllü ianələr vermək istəyənlər var. Amma onlar da qorxurlar ki, sonra çağırıb deyərlər ki, Hafiz Hacıyevə niyə dəstək vermisiniz. İndi biz hər halda bunun məxfi tərəfini də düşünürük".

Buna da bax: Prezidentliyə namizəd: 'Bizim materiallar nə zaman çap olunacaq, Allah bilir...'

Namizədlərin plakatları. 23mart2018

BİR DƏQİQƏ ÖDƏNİŞLİ EFİR VAXTI 1200-6000 MANAT...

Hafiz Hacıyev deyir ki, seçki təbliğatına şəxsi hesabından maksimum 10-15 min manat ayıra bilər. Amma bu təbliğat üçün kifayət etmir. Elə təkcə 1 dəqiqə ödənişli efir vaxtına 1200-6000 manat lazımdır. Azərbaycanda müxtəlif televiziyalarda ödənişli efir vaxtının saniyəsi 20 manatdan 100 manata qədərdir.

Azərbaycanın Seçki Məcəlləsinə görə vahid seçki fondu namizədin şəxsi vəsaiti və könüllü ianələr hesabına formalaşa bilər.

NAMİZƏDLƏRƏ DÖVLƏT PUL AYIRMIR?

Mərkəzi Seçki Komissiyasının üzvü Mikayıl Rəhimov deyir ki, əvvəllər namizədlərə həm də dövlətdən müəyyən vəsait ayrılırdı. 2010-cu ildən namizədlərə seçki təbliğatı üçün dövlət büdcəsindən pul ayrılması qaydası ləğv edilib:

Buna da bax: Debatlar başladı: 'Sizin üçün ayrılmış 7 dəqiqə...' [video]

MSK (arxiv fotosu)

"İndi ancaq ianə və könüllü ianə formasına seçki fonduna vəsait toplanır. Birinci seçki hesabatında seçkiyə hazırlıq dövründə əldə olunmuş vəsait və xərclər öz əksini tapır. İkinci maliyyə hesabatında isə təşviqat dövründəki mədaxil və məxaric məlumatları təqdim olunur".

Mikayıl Rəhimov deyir ki, ictimaiyyətə açıqlanmasa da bütün namizədlər vaxtlı-vaxtında hesabat verir.

Amma seçki eksperti Akif Qurbanov isə bildirir ki, Mərkəzi Seçkilər Komissiyasının üzvü olduğu 9 il müddətində bütün partiyaların bu hesabatları verməsinə şahid olmayıb. O bildirir ki, özəlliklə, hakim partiyadan olan namizədlər gəlir mənbələri, toplanan vəsaitin miqdarı və xərclərlə bağlı məlumatlar komissiyanın üzvü olduğu vaxt belə ona bəlli olmayıb.

İANƏ VERƏNLƏRƏ RİSK?

Buna da bax: Prezidentliyə namizədlərdən vədlər yağışı: 'Mən seçilsəm...' [video]

Akif Qurbanov əlavə edir ki, Azərbaycanda namizədlərin vəsait toplamaq imkanı qanunvericiliklə qapadılıb. Könüllü ianə verənlər də müəyyən problemlərlə üzləşə bilərlər:

Akif Qurbanov

"Hakimiyyətin namizədin əks olan namizədin kampaniyasına müəyyən vəsait köçürən risk altındadır. Ona görə də onlar bu ianəni köçürməkdən çəkinirlər. Amma başqa ölkələrdə ianə köçürülməsi yolları genişləndirilib. Təkcə vətəndaşlardan ianə toplamaq yox, sms, internet üzərindən müxtəlif mobil kampaniyalar olur. Biz Amerika təcrübəsindən də görürük ki, bu yollarla xeyli miqdarda vəsait toplana bilir. Amma təəssüflər ki, Azərbaycanda bu kimi imkanlar bəri başdan qanunvericiliklə məhdudlaşdırılıb".

İANƏ: VƏTƏNDAŞLAR 1000 MANAT, TƏŞKİLATLAR 10 MİN MANAT

Azərbaycan qanunvericiliyində isə vətəndaşların yalnız ianə verməsinə icazə var. Qanunvericiliyə görə vətəndaşlar 1000 manatdan və hüquqi şəxslər üçün 10 min manatdan çox olmamaq şərti ilə könüllü ianə verə bilərlər.

Buna da bax: ‘Seçki-2018, namizədlər’: İlham Əliyev kimdir?

Bəs, Bakı sakinlərinin imkanı olsaydı hansı namizədin seçki kampaniyasına ianə köçürərdi. Bakıda qarşımıza çıxanlar arasında keçirdiyimiz sorğunu izləyək:

Sizin brauzer HTML5-i dəstəkləmir

Hansı namizədin kampaniyasına pul verərdiz?

Martın 22-dən etibarən namizədlər ikinci maliyyə hesabatını verməlidirlər. Bu hesabatda 2018-ci il seçkilərinə namizədlərin özlərinin yatırdıqları vəsait, aldıqları ianələr və toplanmış vəsaiti hara xərclədikləri haqda məlumat olmalıdır. Azərbaycanda maliyyə hesabatından əlavə namizədlər həm də gəlir bəyannamələrini təqdim etməlidirlər. Amma illərdir əksər namizədlər bu bəyannaməni açıqlasa da hakim Yeni Azərbaycan Partiyasının namizədinin gəlir bəyannaməsi ictimaiyyətə açıqlanmır. 2013-cü il prezident seçkilərinə namizəd olmuş Cəmil Həsənli öz gəlir bəyannaməsini ictimaiyyətə açıqladıqdan sonra hakim partiyanın namizədindən də bəyannaməni açıqlamağı tələb edirdi.

Buna da bax:

Sizin brauzer HTML5-i dəstəkləmir

Prezidentliyə namizədlərin hansı vədlərinə inanırsız?