Rusiyanın dəstəklədiyi separatçılar Ukraynanın şərqində atəşkəsə nəzarət edən ATƏT-in bir qrup müşahidəçisini bazadan çıxmağa qoymur, hökumət qüvvələrinin əlində olan şəxsin buraxılmasını tələb edirlər. Bu haqda ATƏT oktyabrın 17-də məlumat yayıb.
Buna da bax: AB liderlərindən Ukraynaya dəstəkDarvaza qıfıllanıb
Qurum 2014-cü ildə Ukraynanın şərqi Donetsk və Luqansk regionlarına Xüsusi Monitorinq Missiyası yerləşdirib. Missiyanın məqsədi həm təhlükəsizlik vəziyyəti haqda hesabat vermək, həm də hökumət qüvvələri ilə separatçıların dialoqunu asanlaşdırmaqdır. Münaqişədə 13 min 200-dən çox insan həlak olub.
2020-ci ilin iyulunda yeni atəşkəs sazişinin qüvvəyə minməsinə baxmayaraq, sporadik atışmalar davam edir.
ATƏT missiyasının məlumatında deyilir ki, Donetsk regionunda separatçıların əlində olan Qorlivka şəhərində missiyanın bazasının yerləşdiyi binanın darvazası zəncir və qıfılla kilidlənib.
Bazanın yerləşdiyi otelin sahibi missiyaya bildirib ki, şəhər “mer”inin göstərişinə əsasən, “onların binadan çıxmasının qarşısı alınacaq”.
Buna da bax: Medvedev Ukraynadan məqalə yazdı, Kiyevdən ona cavab verdilərSaxlanan kimdir
Yerli vaxtla axşam saat 5-də iki nəfər missiyanın əməkdaşlarına deyib ki, saxlanmış hərbçi buraxılmayınca onların oteldən çıxmasına icazə verilməyəcək.
Separatçılar məlumatı şərh etməyiblər.
Onlar Andrety Kosyak adlı məmurun ötən həftə öncə cəbhə yaxınlığında Ukrayna ordusu tərəfindən saxlandığını deyirlər. Onun həmin vaxt atəşkəsə nəzarət etdiyi bildirilir.
Buna da bax: Ali Radanın sədri istefaya göndərilibUkraynanın Müdafiə Nazirliyi isə Kosyakın gizli kəşfiyyat missiyası həyata keçirən rusiyalı hərbçi qrupunun üzvü olduğunu deyir.
ATƏT missiyası müşahidəçilərinin hərəkət azadlığına əngəllərin qaldırılmasına çağırıb.
Ukraynanın şərqində münaqişə Moskvanın Krımı ilhaqından sonra başlanıb. Beynəlxalq ictimaiyyət bu addımı pisləyib.