Etirazçılar jurnalist və faəllara təzyiqlərin dayandırılmasını tələb edirlər

Serbia, 5 yanvar 2019

Artıq beşinci həftədir ki, minlərlə insan qara və soyuğa baxmayaraq Belqradın küçələrində Serbiya prezidenti Aleksandr Vucic-ə qarşı etiraz edərək, ondan jurnalist və müxalifətçilərə etdiyi təzyiqləri dayandırmağı tələb edirlər.

Yanvarın 5-də 15 min nəfərə yaxın etirazçı küçələrdə fit çalır, “Vucic oğrudur” qışqıraraq, əllərində “Xəyanəti dayandır, konstitusiyanı qoru və xalqı dəstəklə” şüarı ilə küçələrdə hərəkət ediblər.

İlk nümayişlər ötən ilin dekabr ayında bir qrup dələduz tərəfindən müxalif siyasətçi Borko Stefanoviçin döyülməsi ilə başladı.

Müxalif partiyalar Vucicin avtokrat olduğunu bəyan edərək, hakim Serb Proqressiv partiyası-nın da korrupsiyaya bulaşdığını iddia edirlər. Vucic isə deyilənlərin heç birini qəbul etmir.

Rəsmi olaraq Vucicin özündən çox, onun Proqressiv partiyası 2012-ci ildən etibarən qanunvericilik orqanında əsas rol oynayır.

Vucic baş nazir vəzifəsindən sonra 2017-ci ildə beş illik müddətə prezident vəzifəsinə seçilib.

Milliyyətçi kimi tanınan Vucic, hazırda Serbiyanı Avropa Birliyinin üzvlüyünə doğqu aparır. Daha öncələr isə o, Rusiyanın ənənəvi müttəfiqi olan Çinlə də münasibətləri inkişaf etdirməyə çalışırdı.

Keçirilən etirazlar aksiyaları ilə bağlı Vucic deyib ki, o, müxalifətin seçki islahatları və KİV azadlığının genişləndirilməsi ilə bağlı tələblərdə kompromisə getməyi düşünmür. Lakin buna baxmayaraq, Vucic öz partiyasının gücünü göstərmək üçün fövqəladə səsvermənin baş tuta biləcəyini də istisna etmir.