Britaniya hakimiyyəti keçmiş rusiyalı kəşfiyyatçı Sergei Skripal və kimyəvi maaddədən zəhərlənmiş polis Nic Beili-nin Solsberidəki evlərini satin alır.
Bu barədə “The Times” nəşri yazır.
Məlumatda deyilir ki, tətbiq edilmiş zəhərləyici maddə bu evləri yaşamaq üçün yarasız hala salıb.
Bu evlərin dəyəri ümumilikdə 1 milyon funtdur.
Maliyyə əməliyyatı bitdikdən sonra pullar sahiblərin hesabına köçürüləcək.
Bundan əvvəl verilən məlumata görə, bu insidentlə bağlı aparılan istintaqa 7,5 milyon funt xərclənib.
Sergei Skripal və qızı Yulia martin əvvəllərində Solsberi şəhərində zəhərləniblər.
London bəyan edib ki, bunun arxasında Rusiya durur.
Moskva ittihamı rədd edir.
Sergei Skripal zəhərlənəndə, hadisə yerinə gələn polis işçisinə də zərər dəyib, amma ciddi müalicədən sonra özünə gələ bilib.
Uzun müalicədən sonra Skripal və qızı Yuliya da artıq özlərinə gəliblər və səhətləri normaldır.Həkimlər onların sağ qalacaqlarına inanmırmış.
Buna da bax: "Böyük Britaniya bu ölkədəki rusiyalı milyonçuların aktivlərini dondura bilər".
Həmin maddənin keçmiş SSSR-I dövründə istifadə edilən hərbi “Noviçok” zəhəri olduğu bildirilir.
Məlumata görə həmin zəhər, insidetdən təxminən bir sutka əvvəl Skripalın evinin dəstəyinə hopuzdurulubmuş.
Skripalın evində hələ də istintaq davam etdirilir.
Bu insidentdən sonra Britaniya ilə Rusiya arasında münasibətlər kəskin pisləşib, tərəflər qarşılıqlı qaydada diplomatları ölkədən xaric ediblər.
Həmçinin bir sıra Qərb dövlətləri yüzlərlə rusiyalı diplomatı ölkədən çıxarıb.