Avqustun 18-də Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 100-cü ildönümü tamam olur.
Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövrü Hərbi Nazirliyin tərkibində ölkənin bir sıra güc strukturları, o cümlədən Sərhəd Qoşunları fəaliyyətə (1919-cu il) başlayıb.
Sovet İttifaqı dövründə Azərbaycan Sovet Sosialist Respublikasında Sərhəd Xidməti Dövlət Təhlükəsizlik Komitəsinin bir strukturu kimi fəaliyyət göstərib.
Azərbaycan 1991-ci ildə yendiən müstəqillik əldə etdikdən sonra respublikada yeni sərhəd xidməti təşkil edilib.Keçmiş prezident Heydər Əliyev 2000-ci il avqustun 18-ni sərhədçilərin peşə bayramı kimi rəsmiləşdirib.
Xatırlatma
AXC 1918-ci il mayın 28-də yaradılıb və 1920-ci il aprelin 27-də Rusiyanın silahlı müdaxiləsi ilə süqut edib.Azərbaycan bir də müstəqilliyin 1991-ci il oktyabrın 18-də bərpa edib.