ABŞ-ın baş prokuroru Rusiya barədə suallara ‘doğru’ cavab verdiyini deyib

ABŞ-ın baş prokuroru Jeff Sessions

ABŞ-ın baş prokuroru Jeff Sessions israr edib ki, o, bundan əvvəl ABŞ prezident seçkisinə Rusiyanın müdaxiləsi ilə bağlı suallara cavab verərkən “Rusiya hökuməti ilə bağlı olan hər hansı bir şəxslə” əlaqəsinin olmadığını deyərkən doğru cavab verib. Hərçənd Sessions Rusiyanın ovaxtkı səfiri ilə görüşlərinin olduğunu inkar etməyib.

Senatın Ədliyyə Komitəsi qarşısında ifadə verərəkən Jeff Sessions deyib ki, onun Rusiya nümayəndəsi ilə görüşü ABŞ seçkisi ilə bağlı olmayıb.

AzadlıqRadiosu yazır ki, Sessions, ABŞ kəşfiyyat orqanlarının Trump-ın keçmiş və indiki komandasının Rusiya rəsmiləri ilə əlaqələrini araşdıran təhqiqatlarının subyektlərindıən biridir.

ABŞ kəşfiyyatı Rusiyanın seçkiyə Trump-ın qələbəsinə dəstək vermək məqsədilə müdaxilə etdiyini bidlriib.

Rusiyanın seçkiyə müdaxiləsi iddiaları ilə bağlı araşdırma subyekti olan digər şəxslər ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Michael Flynn və Trump-ın kürəkəni və baş müşaviri Jared Kushner-dir.

Kislyakla görüşlər

Azı iki Konqres komitəsi və xüsusi prokuror Robert Mueller Rusiyanın ABŞ prezident seçkisi zamanı fəaliyyətini və Trump komandası ilə Rusiya rəsmiləri arasında2016-cı ilin noyabr seçkisindən əvvəl hər hansı sövdələşmənin olub-olmadığlnı araşdırır.

Ötən mart ayında Sessions, Trump-ın 20 yanvar inaqurasiyasından əvvəl Rusiya rəsmiləri ilə əlaqələrinə görə, özünü Rusiya ilə bağlı bütün təhqiqatlardan aralayıb.

Sessions Senat komitəsinə bildirib ki, o, prezident, xüsusi göstərişi ilə icazə verməyənədək Rusiyanın seçkiyə müdaxiləsi ilə bağlı Trump-la şəxsi söhbətləri və FTB-nin keçmiş rəhbəri James Comey-nin işdən azad edilməsi barədə heç bir şərh verməyəcək.

Comey Trump tərəfindən Rusiyaya dair təhqiqatın davam etdiyi bir vaxtda vəzifəsindən çıxarılıb. Məhz bu hadisə Robert Mueller-in xüsusi prokuror təyin edilməsinə səbəb olub.

Sessions bundan əvvəlki inkarlarına baxmayaraq, bu dəfə ifadə verərkən Rusiyanın ABŞ-dakı ovaxtkı səfiri Sergey Kislyakla azı iki dəfə görüşdüyünü təsdiqləyib.

“Hökmü tarix verəcək”

Kislyakın prezident kampaniyasından əvvəl və sonra Trump komandası ilə əlaqələri bir çox demokratları və başqalarını narahat etmişdi.

Oktyabrın 18-də keçirilən dinləmədə demokrat senator Patrick Leahy Session-ı ciddi sorğu-suala çəkib.

Leahy deyib: "Mən sizdən yazılı şəkildə soruşmuşdum ki, siz 2016-cı il seçkisindən əvvəl Rusiya hökumətindən hər hansı bir şəxslə əlaqədə olmusunuzmu? Və siz bu suala qəti formada “yox” demişdiniz. Biz bundan sonra sizin 2016-cı il seçkisinin şıdırğı vaxtında Rusiya səfiri Kislyakla bir neçə görüşünüzün olmasından xəbər tutduq. Siz başa düşürsünüzmü ki, bu komitənin üzvləru niyə sizin “yox” cavabınızı yalan kimi qiymətləndirirlər?”

Senator Leahy deyib ki, şəxsən o, Sessions-ı ruslarla sövdələşmədə ittiham etməyib, lakin baş prokurorun “yox” cavabı, onun Rusiya rəsmiləri ilə görüşləri barədə həqiqəti gizlətdiyini göstərir”.

Bu suallara cavab olaraq Sessions “mən doğru cavab verdiyimə inanıram” deyib.

Sessions deyib ki, o suala cavab verərkən bu görüşlərin seçki ilə əlaqədar olub-olmadığından çıxış edib.

Sessions bunu da qeyd edib ki, o, xüsusi prokuror Robert Mueller-in təhqiqatı çərçivəsində ifadə verməyib.

Baş prokuror Trump-ın bu təhqiqatları “əcinnə ovu” adlandırmasına şərh verməkdən imtina edib, lakin deiyb ki, Mueller-in təhqiqatı onun düzgün hesab etdiyi bir şəkildə nəticə çıxaracaq və hökmü tarix verəcək.