Ukrayna ordusu Severodonetskdə itirdiyi mövqelərin 20 faizə qədərini geri aldığı bildirir

Ukrayna, Severodonetsk-2 iyun 2022

Ukrayna ordusu bildiri ki Severodonetskdə itirdiyi ərazilərin 20 faizə qədərini geri alıb və döyüşlər davam edir.

İyunun 4-ü səhər saatlarında Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday bildirmişdi ki, Rusiya qoşunları Severodonetskə hücumu davam etdirsə də bəzi mövqelərdə itkilər verib geri sıxışdırılıb.

O, şəhərdə küçə döyüşlərinin getdiyini bildirmişdi. Vilayət rəhbərinin dediyinə görə, Rusiya əsgərləri Severodonetskidə körpüləri atəşə tutmaqla şəhərlə əlaqəni kəsməyə cəhd ediblər.

Sergey Qaydadın sözlərinə görə, iyunun 3-də Severodonetsk və Lisiçanskda azı altı hündürmərtəbəli binaya ziyan dəyib. Bundan əlavə, Qorskoye şəhərində ana və uşaq atışma nəticəsində həlak olub. Bundan başqa bir neçə gün əvvəl Qorskoye və Zolote şəhərlərində mülki əhali arasında həlak olan və yaralanalar olub.