Yakutiyada ‘cəza səhiyyəsinə yox’ şüarı ilə aksiya keçirilib

Yakutiyalı şaman, arxiv foto

Oktyabrın 5-də Yakutiyada 200-dən çox adam, "Putindən cin çıxartmaq üçün" Kremlə gedən yerli şaman Aleksandr Gabyshevə dəstək olaraq piket keçirib. Yerli hakimiyyət orqanı ilə razılaşdırlmış aksiyanın təşkilatçılarından biri, Yakutiya Dövlət Məclisinin deputatı Sulustaan Myraan deyib ki, havanın soyuq olmasına baxmayaraq piket 2 saat davam edib. Etirazçılar Şaman Aleksandr Gabyshevlə bağlı "Mən, Biz Şaman", "Cəza səhiyyəsinə yox" şüarları səsləndiriblər.

Buna da bax: Putini Kremldən qovmaq istəyən şamana qarşı cinayət işi açılıb

Şaman Aleksandr Gabyshev Putinin "pis ruhunu Kremldən qovmaq üçün" 2019-cu ilin yazından piyada Yakutiyadan ( Saxa Respublikası-Rusiya Federasiyasının subyektlərindən biri.) Moskvaya yola düşüb.

O deyib ki, bu yolu 2 ilə qət etmək fikrindədir.

“Allah mənə deyib ki, Putin adam yox, iblisdir və mən onu qovmalıyam. Odur ki, onu qovmağa gedirəm..."

Amma sentyabrın 19-u Baykal gölü yaxınlığından keçən magistiralda saxlanılan şamana ekstremist fəaliyyətə açıq çağırış ittihamı irəli sürülüb. AzadlıqRadiosunun Rus xidməti-nin yazdığına görə, Gabyshev-ə qarşı irəli sürülmüş maddə dörd ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Yakutiyada olan şamanın psixiatrik dispanserdə müalicəyə razılıq verməyə məcbur edildiyi iddia olunur.