Şamaxı Azərbycanın ‘Gənclər paytaxtı’ oldu

Şamaxı şəhəri 2019-cu ildə Azərbaycanın “Gənclər paytaxtı” elan edilib.

AZƏRTAC-ın xəbərinə görə, bu, 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən tədbirdəelan olunub.

Şamaxı şəhərinin ( paytaxt Bakıdan 120 kilometr aralı) onlayn səsvermə yolu ilə “Gənclər paytaxtı”seçildiyi vurğulanıb.

Xatırladaq ki, 2018-ci ilin “Gənclər paytaxtı” Naxçıvan şəhəri olmuşdu.

Hər il fevralın 2-də Azərbaycanda rəsmi qaydada Gənclər Günü qeyd edilir

Bununla bağlı keçmiş prezident Heydər Əliyev 1997-ci ildə təşəbbüs qaldırıb.

Son dönəmlər hər il ölkənin bir şəhəri “Gənclər paytaxtı” kimi təqdim edilir və bu münasibətlə ilboyu həmin şəhərdə bir sıra tədbirlər keçirilir.