ABŞ Konqresinin nümayəndə heyəti ümid edir ki, ABŞ və Rusiya prezidentlərinin iyulun 16-da Helsinkidə keçiriləcək görüşü müsbət nəticələr verəcək.
AzadlıqRadiosu Rusiya xidmətinin iyulun 2-də TASS-a istinadla verdiyi məlumata görə, bunu ABŞ nümayəndə heyətinin rəhbəri, senator Richard Shelby Sankt-Peterburqun qubernatoru Georgi Poltavchenko ilə görüşdə deyib.
O qeyd edib ki, Rusiya ilə ABŞ ikitərəfli münasibətləri yaxşılaşdırmalıdırlar.
“Hesab edirəm ki, dah yaxşı münasibətlər bizim üçün vacibdir.Prezident Donald Trum-da bu fikirdədir”, Shelby vurğulayıb.
Senatoq qeyd edib ki, Rusiya ilə ABŞ müxtəlif maraqlı böyük ölkələrdir. “Biz rəqabət apara bilərik, amma rəqib olmamalıyıq” deyə o bildirib.
Ağ Ev və Kreml İyunun 28-də eyni vaxtda bəyan elədilər ki, Vladimir PutinləDonald Trump arasında görüş iyulun 16-da Helsinkidə olacaq.
Buna da bax: "Putin Trump-la görüşdə ABŞ seçkisinə müdaxilə etmədiyini deyəcək"