Xarici valyuta ilə əmanətlərdə faiz endirimləri... [media icmalı]

"Faiz". Şerif. Karikatura.

Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti, bank sektorunda problemlərin dərinləşməsi və insanların bəzən “halal” adı ilə aldadılması şənbə - dekabrın 16-da (2017) medianın aparıcı mövzularındandır...

Xarici valyuta ilə əmanətlərin faizi endirilib?

Novoye Vremya” qəzetində “Bütün bank sektoru sağlamlaşdırmaya ehtiyac duyur” sərlövhəli yazı oxumaq olar.

Müəllif yazır ki, bir çox banklarda xarici valyuta ilə əmanətlərin faiz dərəcəsinin endirildiyi (3-dən 2 faizə) bildirilir. Verilən məlumatlara görə, bu da əmanətçilərdə ciddi narazılıq yaradıb və məhkəmə müstəvisində çəkişmələr gözlənilir.

Buna da bax: Vahid Əhmədov: 'MDB-də ən böyük kredit faizləri Azərbaycandadır'

Bakıda Exchange

Müəllif hesab edir ki, indi Azərbaycanda məhkəmələrə müraciət etmək olar, amma məhkəmələrdə ədalətli qərara nail olmaq asan deyil:

“Çünki, məhkəmələr icra orqanlarından asılıdır. Bu asılılıq nə qədər qəribə olsa da bank problemləri ilə bağlı hətta ən adi məhkəmə araşdırılmalarında belə özünü göstərir”.

Buna da bax:​ Dövlət gələn ildən Beynəlxalq bankın borclarını ödəməyə başlayır [video]

Yazıda vurğulanır ki, bəzi rəsmilərin bu günlər məhkəmələrdə banklara aid çox işlərin vətəndaşların xeyrinə qurtarması ilə bağlı bəyanatları da əsassızdır.

Müəllif hesab edir ki, rəsmi qurumlar əmanətlərin faizinin endirilməsi ilə bağlı şikayətləri də araşdırmalıdırlar. Yazıda vurğulanır ki, bank sektorunda bir çox problemlərin yaranmasında Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) da təqsiri var:

“Yeri gəlmişkən, MBNP bank sektorunun sağlamlaşdırılması məsələsində gücsüzdür. Bank müştərilərinə kompensasiyaların verilməsindəki nöqsanlar yenə də bəzi bankların müflis olacaqlarını istisna etmir”.

Buna da bax:​ Bu il Azərbaycan iqtisadiyyatı 1.4 faiz azalacaq

Yazıda ekspertlərə istinadən xatırladılır ki, 2016-cı ildə 11 bank öhdəliklərini yerinə yetirə bilmədiyindən bağlanıb. Ekspertlərin fikrincə, daha bir çox bankların iflası gözlənir.

“Mayası haramla yoğrulanlar...”

Azadlıqinfo.az” saytında isə diqqəti “Mayası haramla yoğrulanların “halal” biznesi” sərlövhəli yazı cəlb edir.

Yazıda bildirilir ki, insanlar bəzi ticarət mərkəzlərində “halal” və “haram” adları ilə aldadılırlar.

Buna da bax: Nəhəng dünya brendləri halal məhsullara keçir

Arxiv fotosu

Müəllif mövzuya Ruminin “ya göründüyün kimi ol, ya da olduğun kimi görün” deyimi ilə yanaşır:

«“Halal tərəzi”, “halal çəki” yazılan ət dükanlarından imkan olan qədər heç nə almıram. Tərəzidə halal-haram söhbəti ola bilməz axı, tərəzi düzgünlük, tarazlıq deməkdir, onun hansısa tərəfə əyilməsi tarazlığı pozur».

Müəllifə görə, bunun bir səbəbi də odur ki, indi biznes əsasən monopolistlərin nəzarətindədir. Rəqibini haram yollarla vurub sıradan çıxaran biznesmenlərdə halallıq olmaz.

Buna da bax: Azərbaycanda sertifikatı olmayan “Halal” məhsullar satışdan yığışdırılacaq

Müəllif “halal-haram” məsələsindən istifadə edərək indi Azərbaycanda bəzi dindarların da insanları aldatdıqlarını yazır:

“Belələrindən ətrafınızda neçəsini tanıyırsız. Məsələn, bizim qonşuluqda çörək sexi var, sahibi hacıdır. Onun çörəklərinin çəkisində ölkədə çörək tapa bilməzsən. Nə qədər mümkündürsə, kündədən kəsir”.

Müəllif son zamanlar tez-tez işlədilən “halal turizm” ifadəsi üzərində də geniş dayanır:

Buna da bax: ««Halal»da təkcə dini yox, texnoloji tələblər də əsas götürülür»

“Gələn turistləri gəzdirmək, rayonlara aparmaq işi də ya məmurların, ya da onlara bağlı turizm şirkətlərinin əlindədir. Onlar 5 manatlıq yol üçün çox rahat şəkildə 300-500 manat alırlar. Danışırdılar ki, məmurlara bağlı Bakıdakı restoranlardan birində ərəb turistlərə bir saciçi 200 manat satılıb. Məmurun dövlət büdcəsindən oğurlayıb yaratdığı şirkət necə halal ola bilər?”

Nüfuz göstəricisi-BTQ

Azərbaycan” qəzetində “Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın dünyada nüfuzunun artmasının göstəricisidir” sərlövhəli yazı yer alır.

Yazıda ekspert Ümidvar Əliyevin düşüncələrinə yer verilib.

Buna da bax: Azərbaycan növbəti böyük, beynəlxalq layihəsini işə saldı, sonra... [video]

Bakı-Tbilisi-Qars dəmir yolu sxemi

Ü.Əliyev hesab edir ki, bu dəmiryolunun icrası Azərbaycanın dünyada nüfuzunun artmasına səbəb olub. Ekspert bu layihənin istifadəni səmərəli sayır:

“Dəmir yolu nəqliyyatı su nəqliyyatından sonra ən səmərəli yükdaşıma vasitəsidir. Hər ton–kilometrə görə avtonəqliyyat daşımalarına nisbətən dəmir yolu daşımalarına iki dəfə az enerji sərf edilir. Hər ton–kilometrə yanacaq sərfinin az olması dəmiryol nəqliyyatının səmərəliliyini yüksəldir”.

Buna da bax:​ HRW: 'Çoxmilyardlıq meqalayihələr Azərbaycanda korrupsiya və insan haqlarının pozulmasına yol açır'

Ü.Əliyev vurğulayıb ki, indi dünyada bütün tərəflər ucuz nəqliyyat növü axtarır:

“Bu isə ucuz nəqliyyat vasitələri kimi dəmir yolu daşınmalarının cəlbedici olmasını şərtləndirir. Bu nəqliyyat vasitəsindən istifadə edənlərin rəqabət üstünlüyünü təmin edir və bu təsərrüfat subyektləri daha rəqabətli olur”.

Ekspert hesab edir ki, Mərkəzi Asiya ölkələrindən yüklərin dəniz vasitəsilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına, oradan Avropaya daşınması da Azərbaycan dəmir yolu ilə daşınmaların potensialının müəyyən olunmasına həlledici təsir göstərir.

Buna da bax:​ 2,9 milyard dollar və 'Azərbaycanın pulyuyan maşını' [jurnalist araşdırması]

Ü.Əliyev vurğulayıb ki, Cənub-Şimal nəqliyyat dəhlizi də bu əməkdaşlıqda mühüm rol oynayacaq. Bu, Şərq-Qərb nəqliyyat qovşaqlarına çıxışı təmin edəcək.