Şimal Axını kəmərlərinin təmiri 'mümkün olmaya bilər'

Şimal Axını 2 kəmərindən dənizə qaz sızması

Der Spiegel jurnalı isə yazır ki, Almaniya xüsusi xidmətləri mümkün diversiyalar barədə xəbərdar edilmişdilər

Ehtimal edilən diversiya aktı zamanı zədələnmiş Şimal Axını və Şimal Axını 2 kəmərlərinin təmiri mümkün olmaya bilər.

Almaniyanın Der Tagesspiegel qəzeti Almaniya xüsusi xidmətlərindəki mənbələrə istinadla yazır ki, Rusiya qazını Avropaya çatdıran bu kəmərləri təmir etmək bəlkə də heç vaxt mümkün olmayacaq.

Bu məlumat rəsmi qaydada təsdiq edilməyib.

Sözü gedən kəmərlərdə zədələr sentyanbrın 26-da aşkar edilib. Qazın sızması davam edir və Almaniya hakimiyyət orqanlarının fikrincə zədələnmiş sektorlar tez bir zamanda təmir edilməsə, duzlu su qaçılmaz korroziyaya səbəb olacaq.

Sizin brauzer HTML5-i dəstəkləmir

Koçaryan Petrosyanın Azərbaycanla sülhə getmək təklifini rədd etdi

Almaniya təhlükəsizlik və kəşfiyyat xidmətləri kəmərlərin diversiya aktı ilə zədələndiyinə inanırlar.

Der Spiegel jurnalı isə yazır ki, Almaniya xüsusi xidmətləri mümkün diversiyalar barədə xəbərdar edilmişdilər.

Məqalədə deyilir ki, bu barədə kəşfiyyat məlumatını Almaniyaya ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi hələ yay aylarında veribmiş.

Almaniyanın hökumət dairələrində hesab edirlər ki, belə bir mürəkkəb diversiyanı yalnız hər hansı dövlət həyata keçirə bilərdi.

Buna da bax: Dağıstanda AzadlıqRadiosunun müxbiri saxlanıb

Aİ Şimal axını kəmərindən sızmaların ‘qəsdən’ törədildiyini deyir

Avropa İttifaqı (Aİ) inanır ki, iki Rusiya-Almaniya sualtı qaz kəmərindən sızmalar “təsadüfi” deyil, onların “bilərəkdən” törədilməsinin əlamətləri var. Bunu blokun Xarici siyasət rəhbəri Jozep Borrel sentyabrın 28-də deyib.

Şimal axını 1 və 2 kəmərlərində sızmalardan “dərin narahatlıq” bildirən Borrel təhqiqat aparılmasına çağırıb. Onun sözlərinə görə, “bütün mümkün informasiya bu sızmaların bilərəkdən törədilən akt nəticəsi olduğunu göstərir”.

Buna da bax: Kiyev Qərbi hərbi yardımı artırmağa çağırır

Polis də “sabotaj” deyir

Bu bəyanatlardan öncə İsveç və Danimarkadan seysmoloqlar sızmaya dəlillər aşkarlanan yerlərə yaxın güclü partlayışlar qeydə alındığını bildiriblər. İsveç polisi mümkün sabotajla əlaqədar təhqiqata başlayıb.

Borrel deyib ki, Avropanın enerji infrastrukturuna hər hansı məqsədli müdaxilə tamamilə qəbuledilməzdir, buna “qəti və birgə reaksiya” veriləcək.

İsveç polisinin sözçüsü isə deyib ki, “hesabat hazırlanıb və cinayət böyük sabotaj kimi təsnif olunub”.

Bu sızmalar böyüyən enerji böhranıyla bağlı narahatlıqlar fonunda baş verib. Qərb ölkələri isə Moskvanın Ukraynaya səbəbsiz hücumuna cavab olaraq Rusiyadan enerji təchizatında imtina edirlər.

Sizin brauzer HTML5-i dəstəkləmir

Ter-Petrosyan: 'Azərbaycanla sülhə getməsək, yenidən dövlət qurmalı olacağıq'

“Terror hücumu”

Ukrayna prezidentinin müşaviri Mixaylo Podolyak deyib ki, xəbəri yayılan qaz sızmaları Moskvanın gerçəkləşdirdiyi “terror hücumu”nun nəticəsidir.

Podolyak Rusiyanı “Avropada iqtisadi vəziyyəti pozmaq, qışöncəsi çaxnaşma yaratmaq” cəhdində suçlayıb.

Polşa və Danimarkanın baş nazirləri, eləcə də Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen də hadisəni sabotaj adlandırıblar.

Buna da bax: Daha bir MTN generalına ağır cəza tələbi: 12 il həbs, rütbəsi alınsın, əmlakı müsadirə olunsun...

Moskva Şimal axını 1 ilə Avropaya qaz axınını əvvəlcə azaldıb, avqustda tamamilə dayandırıb, Qərbin sanksiyalarının texniki çətinliklər yaratdığını iddia edib.

Şimal axını 2 bu yaxınlarda tamamlansa da, Rusiya fevralın sonunda Ukraynanı işğal etməyə başlamamışdan bir neçə gün öncə onunla qaz idxalını planlarını dayandırıb.

Ancaq hər iki kəmərdə yüksək təzyiqli qaz var.