Rusiya müdafiə naziri Sergey Şoyqunun ehtimal edilən qızının atalığı Litva vətəndaşlığından məhrum edilə bilər.
O Litva dövlətinə Rusiya vətəndaşlığı aldığına dair məlumat verməyib.
Əgər bu baş verərsə, onun yetkinlik yaşına çatmamış qızlığının da Litva vətəndaşlığı ləğv oluna bilər.
Sizin brauzer HTML5-i dəstəkləmir
Bu barədə məlumatı Litva mediası verib.
Bundan əvvəl jurnalist təhqiqatı bu nəticəyə gəlmişdi ki, litvalı Adolfas Kaminskas 2022-ci ilin yazından gec olmayaraq Rusiya vətəndaşlığı alıb.
Litva qanunlarına görə üzrlü səbəb olmadan başqa ölkənin vətəndaşlığını qəbul edən şəxslər Litva vətəndaşlığından məhrum edilirlər.
Litvanın Miqrasiya Nazirliyi bildirib ki, Kaminskasa oktyabrın 17-də ikili vətəndaşlığına dair sorğu göndərib.
Buna da bax: NATO Ukraynaya antidron sistemləri verəcəkŞoyqu şərh etmir
Nazirliyin bildirdiyinə görə o müəyyən edilmiş vaxtda bu sorğuya cavab verməsə böyük bir ehtimalla vətəndaşlıqdan məhrum ediləcək.
Bu da qeyd olunur ki, eyni zamanda Kaminskasın yetkinlik yaşına çatmamış uşaqlarının, o cümlədən Şoyqunun qızı olduğu deyilən Daryanın vətəndaşlıq məsələsinə baxılacaq. O Litva pasportunu üç il əvvəl övladlığa götürülərkən alıb.
Buna da bax: Azərbaycan internetdə ‘azad olmayan’ kateqoriyasında qalırBundan əvvəl təhqiqat jurnalistləri yazmışdılar ki, Darya Kaminskas Şoyqunun köhnə tanışı Yelena Kaminskasdan olan qızıdır.
Şoyqu bu məlumatları şərh etməmişdi.
Rəsmi bioqrafiyasına görə Rusiya naziri bir dəfə, o da tələbəlik illərində evlənib.