Ştaynmayer yenidən Almaniyanın prezidenti seçilib

Frank-Valter Ştaynmayer , Berlin, 31 avqust 2020

Bazar günü- fevralın 13-də Frank-Valter Ştaynmayer (Frank-Walter Steinmeier)ikinci müddətə Almaniyanın prezidenti seçilib.

Almaniya prezidentini seçən Federal Məclis üzvlərinin əhəmiyyətli əksəriyyəti onun lehinə səs verib. Onun tərkibinə Bundestaqın deputatları və federal əyalətlərin nümayəndələri daxildir.

Sosial Demokrat Ştaynmayerin namizədliyini bütün aparıcı partiyalar - həm SPD-nin hakim koalisiyasına daxil olanlar, həm Azad Demokratlar və Yaşıllar, həm də CDU/CSU-nun müxalifət alyansı dəstəkləyib.

Onun namizədliyi Almaniya üçün Alternativ (AfD)və Solçu sağ populistlər tərəfindən dəstəklənməyib.

Deutsche Welle-nin (Alman Dalğası)məlumatına görə, nəticədə verilən və etibarlı sayılan 1425 səsdən 1045-i Ştaynmayerin lehinə olub. İclasın 86 üzvü bitərəf qalıb.

Ştaynmayerin 66 yaşı var. CDU/CSU və SPD-nin koalisiya hökumətində Almaniya Xarici İşlər Naziri vəzifəsində çalışıb, vitse-kansler olub. O, Ukraynanın Donbass bölgəsindəki münaqişənin həlli üçün “Normand formatı”nda danışıqlarda iştirak edib. Minsk razılaşmalarının həyata keçirilməsi planlarından biri hesab edilən “Ştaynmayer formulası” da onun adını daşıyır.

O, 2017-ci ildə Almaniyanın prezidenti seçilib. Prezidentin konstitusiyaya görə səlahiyyətləri azdır, lakin o, alman cəmiyyətində mənəvi hakimiyyət kimi qəbul edilir.

Seçkidən sonra çıxışında demokratiyanın qorunmasının vacibliyinə toxunan Ştaynmayer hazırda Avropanın müharibə təhlükəsi ilə üzləşdiyini də qeyd edib.

O, Ukraynaya qarşı təcavüzkar hərəkətləri ilə əlaqədar vəziyyətin gərginləşməsinə görə məsuliyyəti Rusiyanın üzərinə qoyub.

Amma o, böhrandan çıxış yollarını birlikdə axtarmağa çağırıb.