Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən zavodunda partlayış baş verib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) üç nəfərin xəsarət aldığını, xəstəxanaya yerləşdirildiyini bildirir.
Faktla bağlı Şirvan şəhər Prokurorluğunda araşdırma aparılır. Hadisənin zavodun sexlərindən birində minaatan silahın 120 mm-lik mərmisinin çəkiclə vurularaq sıxılması nəticəsində baş verməsi ehtimal edilir.
Ötən ilin iyulunda həmin zavodda partlayışda bir nəfər vəfat edib, bir nəfər isə əlindən xəsarət alıb.
2016-cı ildə zavodda partlayış nəticəsində iki nəfər həlak olub, azı 10 nəfər yaralanıb.