Slovakiyanın baş naziri Azərbaycana gəlib

Peter Pellegrini

Slovakiyanın baş naziri Peter Pelleqrini noyabrın 12-də Azərbaycana gəlib.

AZƏRTAC-ın xəbərinə görə, Peter Pelleqrinini hava limanında Azərbaycan baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Slovakiyanın baş nazirinin Azərbaycan rəsmiləri ilə görüşəcəyi və iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə edəcəkləri gözlənir.