"Gürcüstanın Neft-Qaz Korporasiyasının səhmlərinin 25 faizi rəsmi qaydada satışa çıxarılarsa, biz bu məsələyə baxa bilərik".
Bunu APA-ya açıqlamasında "SOCAR-Georgia" MMC-nin baş direktoru Mahir Məmmədov bildirib.
Buna da bax: SOCAR Yunanıstanın qaz şirkətini ala bilmədi
"Bizdə olan ilkin məlumata görə, Gürcüstanın Neft-Qaz Korporasiyasının səhmlərinin 25 faizi satışa çıxarılır. Korporasiyanın fəaliyyət dairəsinə həm Gürcüstanın bütün resursları, həm də qaz kəmərləri daxildir. Bu barədə hələlik şifahi söhbətlər var. Heç bir rəsmi addım atılmayıb. Rəsmi şəkildə addım atılarsa, biz bu məsələyə baxmağa hazırıq", - deyə baş direktor qeyd edib.
Gürcüstanın baş naziri Georgi Kvirikaşvili bildirib ki, Neft-Qaz Korporasiyasının səhmlərinin 25 faizi satışa çıxarıla bilər.
Buna da bax: Hökumət 5 qəpiklik qazı 20 qəpiyə satacaq