Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen Zavodunda iyunun 13-də səhər saatlarından başlayan yanğının söndürüldüyü bildirilir.
Bu barədə iyunun 13-ü, günün ikinci yarısı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb: “… Yanacaq çənindəki yanğının mümkün partlayışla nəticələnməsi və digər çənlərə keçərək ağır fəsadların yaranmasına imkan verilməyib.”
Yanğının səbəbi və dəymiş ziyan, hələlik, açıqlanmayıb.
***
İyunun 13-də səhər saatlarında SOCAR-ın "Azərikimya" İstehsalat Birliyinin Etilen-Polietilen Zavodunda yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, zavodda 600 litrlik kürə tipli neft çəni yanır: "Hazırda çənin içərisində 60 faiz məhlul var. Mütəxəssislər tərəfindən neftin çəkilməsi prosesi gedir. Çəkilmə prosesi saatda 25 tondur. Bu proses təxminən 6-7 saat çəkəcək".
Hələlik, yanğının səbəbi açıqlanmır.