Oktyabrın 30-da minlərlə insan Sudanın paytaxtı Xartumda küçələrə çıxaraq hərbi çevrilişə etiraz edib. Etirazçılar ölkəni yenidən demokratiya yoluna qoymaq üçün mülki hökumətin bərpasını tələb ediblər.
İnsanlar əllərində Sudan bayraqları ilə "Hərbi idarə təriflənə bilməz", "Bu ölkə bizimdir və hökumətimiz mülkidir" şüarları səsləndirərək paytaxtın məhəllələrində yürüş keçiriblər.
Bu həftə minlərlə sudanlı küçələrə çıxaraq baş nazir Abdalla Hamdok kabinetininin general Əbdülfəttah əl-Burhanın tərəfindən devirməsinə etiraz olaraq küçələrə çıxıb. Beləki bu hərbi çevrilişdən sonra Qərb Sudana edilən yüz milyonlarla dollar yardımları dondurub.
Bu həftə təhlükəsizlik qüvvələri ilə toqquşmalarda ən azı 11 etirazçı həlak olub, 170 nəfər yaralanıb .
Xartumun mərkəzinə silahlı hərbi qüvvələr, o cümlədən hərbiləşdirilmiş çevik dəstək qüvvələri yerləşdirib. Təhlükəsizlik qüvvələri Müdafiə Nazirliyinin binasına və hava limanına aparan yolları, o cümlədən bir sıra körpüləri bağlayıblar.
Qan tökülməsinə baxmayaraq, oktyabrın 30-da təşkilatçılar 2019-cu ildə avtokrat Ömər əl-Bəşirin devrilməsi ilə nəticələnən hərbçilərin hakimiyyəti ələ keçirməsinə qarşı “milyonluq” yürüş keçirməyi hədəfləyiblər.