Sumqayıtdakı 'Sülh göyərçini' abidəsinin müəllifi vəfat edib

Sumgayıt şəhəri, “Sülh göyərçini” abidəsi, 22 mart 2013

Sumqayıtdakı “Sülh göyərçini” abidəsinin müəllifi heykəltəraş, əməkdar incəsənət xadimi Vaqif Nəzirov vəfat edib. Xəbəri APA yayıb.

Sözügedən abidə Sumqayıtın simvoluna çevrilmişdi.

V. Nəzirov 1940-cı ildə anadan olub. Ə.Əzimzadə adına rəssamlıq məktəbini, Tbilisidə Rəssamlar Akademiyasını bitirib. Sumqayıtla tanışlığı isə 1968-ci ildən başlayıb. Sumqayıta baş rəssam kimi dəvət alıb və ömrünün 50 ilini şəhərin abadlaşdırılmasına həsr edib.