Suriyada atəşkəs pozulub

Dəməşq, Suriya. 6 mart, 2016-cı il.

Suriya ordusuna məxsus döyüş təyyarəsinin vurulması ilə atəşkəs pozulub.

Bunu Suriyanın hərbi mənbələri bildirib.

Suryanın Hama əyalətində üsyançılar hökumətin hərbi təyyarəsini vurub.

Jaish al-Nasr qruplaşması bildirib ki, təyyarəni zenit qurğusunu köməyi ilə vurublar.

Fevralın 27-də Suriyada hökumət qüvvələri ilə üsyançılar arasında atəşkəs elan olunmuşdu.