Prezidentin kitablarını radiolarda məcburi səsləndirəcəklər

Emomali Rahmonun öz kitabları və onun haqqında kitablar

Tacikistanın Teleradio Komitəsinin göstərişi ilə bütün dövlət və özəl radiostansiyalar prezident Emomali Rahmonun kitablarını səsləndirməlidir.

"Ədəbi qiraət" verilişlərinin hazırlanmasına tanınmış aktyorlar cəlb ediləcək.

Hökumət hesab edir ki, bu, vətəndaşlarda özünüdərk hissini və vətənpərvərlik düşüncəsini gücləndirəcək.

Radiostansiyalar bu işə oktyabrın 26-da start verməlidirlər.

Prezident nə az-nə çox 20 kitabın müəllifidir.

"Tacikistan" adlanan dövlət radiosunun direktoru Farrux Ziyoyev deyib ki, artıq prezidentin iki kitabının mətni səsləndirilib.

Bunlar "Taciklər tarixin aynasında" və "Xalqın dili - xalqın varlığı" kitablarıdır.

Direktor deyir ki, kitabların ikisi də radionun qızıl fonduna verilib.

Prezidentin kitabları səsləndiriləndən sonra həm də audio-kitab formasında buraxılacaq.

Buna da bax: 'Biznesmenləri yaxşı sağa bilmədikləri üçün' vəzifədən çıxarılanlar

Özəl radioların birindəki mənbə Azadlıq Radiosunun tacik xidmətinə deyib ki, onlara xəbərlərlə birlikdə prezidentin kitablarından parçalar da oxumaq haqda göstəriş verilib.

Mənbə bildirib ki, dövlət radiolarının bunu etməsi onlara elə bir maliyyə problemi yaratmayacaq, çünki onlar dövlət büdcəsindən maliyyələşirlər. Özəl radiolar isə dinləyicilərini itirə bilərlər. Çünki kitabların oxunuşu çoxlu efir vaxtı alır. Özəl radiolarsa pulu mahnıların səsləndirilməsindən, reklam verilməsindən qazanırlar.

Mənbə onu da bildirib ki, göstərişə əməl etməkdən başqa çarələri yoxdu, çünki bunu etməsələr, lisenziyalarını itirə bilərlər.

Tacik jurnalist Marat Mamadşoyev hesab edir ki, bu göstəriş sövet dövrünü xatırladır. İnsanları belə kitabları dinləməyə məcbur etməklə onları həyatın gerçək problemləri haqqında düşünməkdən yayındırmaq istəyirlər.

Jurnalist deyir ki, hakimiyyət bu qiraətlə insanlarda özünüdərk hissini gücləndirmək istəyir. Halbuki bu, əks effekt verə bilər. İnsan eyni şeyi bütün radiolardan eşidəndə bezə bilər:

"İndi Tacikistanda məmurlar dövlət başçısına yaltaqlanmaqdan ötrü dəridən-qabıqdan çıxırlar, xalqa xidmət etmək kimi vəzifələrini tamam yaddan çıxarıblar. Ağır iqtisadi durumda olan xalqın belə kitablara qulaq asmağa vaxtı və həvəsi yoxdu".

Buna da bax: Türkmənistan prezidenti yenə 'şou göstərir'

Sizin brauzer HTML5-i dəstəkləmir

Türkmənistan prezidenti yenə 'şou göstərir'