Tahir Salahov vəfat edib

T.Salahov

Dünən, mayın 20-də rəssam Tahir Salahov Almaniyada vəfat edib. Bu barədə onun yaxınları bildirib.

T.Salahov 1928 ildə Bakıda doğulub. Ə.Əzimzadə adına rəsm məktəbində təhsil alıb. O, xüsusən Bakı neftçilərinə həsr etdiyi rəsm əsərləri ilə tanınıb.

Həm keçmiş Sovet Sosialist Respublikalar İttifaqında, həm də Azərbaycanda bir sıra fəxri adlara layiq görülüb.