Tale Bağırzadə üzləşmədən imtina edib

Tale Bağırzadə

►"Şahidlərə təzyiq göstərilir"

"Müsəlman Birliyi Hərəkatı" təşkilatının rəhbəri, həbsdə olan ilahiyyatçı Tale Bağırzadə martın 18-də Bakı istintaq təcridxanasında üzləşməkdən imtina edib.

Bu barədə ilahiyyatçının vəkili Elçin Sadıqov məlumat verib.

Vəkilin sözlərinə görə, istintaq təcridxanasında üzləşmə Tale Bağırzadə ilə şahid arasında keçirilməli idi. Lakin şahidin sərbəst ifadə verməsinə şərait yaradılmayıb. Buna etiraz olaraq, həmçinin şahidlərə təzyiq göstərildiyini əsas gətirərək, Tale Bağırzadə üzləşməkdən imtina edib.

İlahiyyatçı vəkili ilə görüşdə onu da qeyd edib ki, hələ də təcridxanada ailə üzvlərilə görüşünə, telefonla əlaqə saxlamasına imkan verilmir:

"Təcridxanada ona normal qanuni münasibət göstərilmir".

Martın 18-də Bakı Apellyasiya Məhkəməsində də Taleh Bağırzadənin həbsilə bağlı şikayətə baxılıb.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Apellyasiya şikayəti ilahiyyatçının barəsində həbs-qətimkan tədbirinin müddətinin iyunun 26-na qədər uzadılmasına dair qərardan verilmişdi. Camal Ramazanovun sədrlik etdiyi hakimlər heyəti Nəsimi Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Tale Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda polis əməliyyatı zamanı tutulub. Ona qarşı CM-nin 15-dən artıq maddəsilə ittiham irəli sürülüb. Baş Prokurorluğun məlumatına görə, Tale Bağırzadənin ittiham olunduğu cinayət işi üzrə ümumilikdə 68 nəfər həbs olunub.

"Müsəlman Birliyi Hərəkatı" dövlət qeydiyyatına alınmayıb.

Sizin brauzer HTML5-i dəstəkləmir

Tale Bağırzadə: "Bizi avtomatla qorxuda bilməzsiz"