Taliban yanvarın sonuna qədər barış olacağına inanır

Doha, Qatar, Talibanın sözçüsü Suhhail Shaheen, arxiv foto

Taliban yanvarın sonuna qədər ölkədə barış əldə olunacağına ümid edir. Belə bir açıqlamanı Taliban-ın sözçüsü Suhail Shaheen yanvarın 18-də Pakistanın "Down" qəzetinə verdiyi müsahibəsində deyib.

Qəzet Suhail Shaheen-nin belə bir qənaətə Talibanla ABŞ nümayəndələrinin Qətərdə iki gün davam edən görüşündən sonra gəlib.

O, yanvarın 17-də yazdığı twittdə də yanvarın 16 və 17-də keçirilən görüşlərin "faydalı olduğunu" vurğulayıb.

ABŞ nümayəndə heyətinin başçısı Zalmay Khalilzad danışıqlar barədə açıqlama verməyib. Amma Reuters iki mənbəyə istinadla Talibanın ABŞ qüvvələri ilə 10 günlük barışıq, habelə Əfqan qüvvələri ilə zorakılığın azaldılması və razılaşma əldə ediləcəyi təqdirdə Əfqan səlahiyyətliləri ilə görüşməyə razılıq verməyə hazır olduğunu bildirib.

Suhail Shaheen gözlənilən müqavilənin imzalanması öncəsi yaraqlıların hücumları azaltmağa hazır olduqlarını söyləyib.

"ABŞ ilə sülh sazişinin imzalanmasına qədər olan günlərdə hərbi əməliyyatların miqyasını azaltmaq barədə razılığa gəldik" Shaheen Dawn-a bildirib.

Təhlilçilər hesab edirlər ki, razılıq əldə olunarsa, bu, Əfqanıstandakı münaqişənin uzunmüddətli həllinə ümidləri canlandıra bilər.

Əfqanıstan prezidentinin sözçüsü də atəşkəsin davamlı və ləyaqətli bir sülhə çatmağın yeganə yolu olduğunu söyləyib.

"Əfqanıstan İslam Respublikası və xalqın tələbi olan davamlı sülhə nail olmaq, atəşkəsə nail olmağın yeganə yoludur" deyə Sediq Sediqqi "Twitter" dəki yazısında bildirib.

"Təməl addım kimi təklif olunan istənilən atəşkəs xalq və hökumət üçün məqbul olacaq", - deyə o əlavə edib.