Taliblər Moskvada başqa ölkələrin sərhədlərini pozmayacaqlarını deyiblər

Əfqanıstanın xəritəsi, Talibanın nəzarətində olan ərazi, 9 iyul 2021

Radikal Taliban hərəkatının nümayəndələri Moskvada keçirdikləri mətbuat konfransında Orta Asiya dövlətlərinin sərhədlərini pozmayacaqlarını deyiblər.

Rusiyada səfərdə olan nümayəndələr Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi elçisi Zamir Kabulovla görüşlər.

Rusiya Prezidentinin Mətbuat Katibi Dmitri Peskov, Taliban hərəkatının (Rusiya Federasiyasında qadağan edilmiş) nümayəndələri ilə danışıqların zəruri olduğunu və dövlət başçısının bu cür təmaslardan xəbərdar olduğunu deyib.

Heyət üzvləri, Kabul və ona ən yaxın bölgələr xaricində Əfqanıstan ərazilərinin əhəmiyyətli bir hissəsinə nəzarət etdiklərini bildirdilər.

Taliban nümayəndə heyətinin rəhbəri Şahabuddin Delavar Moskvada Əfqanıstan ərazisinin 85 faizinin İslam əmirliyinin nəzarətinə keçdiyini vurğulayıb.

"Biz hakimiyyəti tamamilə qəsb etmək üçün çalışmırıq. Mövcud bilik və bacarıqlara uyğun olaraq bütün vətəndaşların ölkəmizi idarə etməkdə iştirak etmələrini istəyirik" deyə o bildirib.

Rusiya Tacikistanın cənub sərhəddi boyunca baş verən hadisələrə görə naerahatlığını bildirib. Cümə günü bəzi KİV məlumatlarına görə, taliban döyüşçüləri Qəndəharın mühüm rayonlarından birini ələ keçiriblər.

Eyni vaxtda mediayada yayılan məlumatlara görə, taliblər Tacikistanla sərhəddə olan Əfqanıstan ərazilərinin 2/3-sini nəzarət altına alıblar.