Qaz kəmərinin Avropayla birləşən hissəsində açılış olub

TANAP,arxiv foto

Türkiyənin Ədirnə vilayətində TANAP layihəsinin Avropa ilə birləşəcək hissəsinin açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycanın dövlət başçısı İlham Əliyev iştirak edib.

“Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan Azərbaycan təbii qazı əvvəlcə Türkiyəyə, sonra isə Avropaya nəql edəcək.

Uzunluğu 1850 km olan TANAP-ın ildə 16 mlrd. kubmetr təbii qaz nəql edəcəyi deyilir.