Baş örtüyünü çıxaran iranlı qadın əfv olundu

Vida Movahed, Tehranda məcburi baş örtüyünə etiraz edir, 27 dekabr, 2017

Teharnda hicaba etiraz olaraq baş örtüyünü çıxaran iranlı qadın 1 il azadlıqdan məhrum edilib,amma ölkənin ali dini lideri Ayatolla Khamenei tərəfindən əfv olunub.

Bu barədə aprelin 14-də onun vəkili Payam Derefshan məlumat verib.

AzadlıqRadiosunun İRNA və AP agentliklərinə istinadla verdiyi məlumata görə, Vida Movahed bu ilin martında “İctimai əxlaqsızlığı şövqləndirməkdə” təqsirli bilinib.

Movahed ötən ilin noyabrında həbs edilib.

Vəkilin sözlərinə görə, o əfv siyahısına düşüb, amma azadlığa şıxma proseduru hələ ki, davam edir.

İran hakimiyyəti hələ ki, məsələyə münasibət bildirməyib.

İranın ali dini lideri Ayatolla Khamenei hərdən əfv fərmanı imzalayır.

32 yaşlı Movahed “İnqilab güçəsindəki qız” kimi tanınır.

Buna da bax: İnqilab küçəsinin qızı

O, 2017-ci il dekabrın 27-də Tehranın İnqilab prospektində baş örtüyünü çıxararaq onu havada yelləməyə başlayıb. Bundan sonra onun videogörüntüləri sürətlə yayılmağa başladı və qadının bu hərəkəti digər İran qadınlarının da hicaba etirazının rəmzinə çevrildi.

Növbəti il eyni ittihamla İranda 29 qadını həbs edilib.