Ali məktəb tələbələri üçün Prezident təqaüdü artırılıb.
Prezident İlham Əliyev bu gün, fevralın 14-də "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında" ölkə başçısının 2001-ci il sentyabrın 3-də imzaladığı fərmana dəyişiklik edib.
Yeni fərmana əsasən, ali məktəb tələbələri üçün Prezident təqaüdünün miqdarı 210 manatdan 250 manatadək artırılıb.
Bu fərman 2022-ci il yanvarın 1-dən tətbiq edilir.