Telegram-a şikayət etdilər və...

İllüstrativ foto

“Mujskoye qosudarstvo” tərəfdarları dəfələrlə Rusiyadakı bir neçə restorana qarşı verbal hücumlar təşkil ediblər

“App Store” və “Google Play” “Telegram” messencerindən “Mujskoye qosudarstvo” (“Kişi dövləti”) “hərəkatının” yaradıcısı Vladislav Pozdnyakovun kanalını bloklamağı tələb edib.

Bütün məlumatlar silinib

Pozdnyakov öz kanalında “Telegram”ın dəstək xidmətinin göndərdiyi məlumatın skrinşotunu paylaşıb. Məlumatda messencerə “App Store” və “Google Play” təmsilçilərindən şikayət daxil olduğu bildirilirdi. Şikayətlərdə deyilirmiş ki, Pozdnyakovun kanalında "insanları cinsi oriyentasiyasına görə ayrıseçkiliyə məruz qoyan materiallar yayılır”. Hazırda bu kanaldakı bütün məlumatlar silinib.

Buna da bax: Microsoft Rusiyanı ittiham edir

"Bu “App Store” və “Play Market”in qaydalarına zidd olduğu üçün şikayətçilər bu platformalarda kanala çıxışın məhdudlaşdırılmasını tələb edirlər. Biz böyük ehtimalla bu tələbləri təmin etməyə məcbur olacağıq”, – “Telegram”ın texniki dəstək mesajında deyilir.

Daha öncə Nijniy Novqorod vilayət prokurorluğu məhkəməyə müraciət edərək “Mujskoye qosudarstvo”nun yasaqlanmasını tələb etmişdi. Cavabdeh şəxslər arasında Pozdnyakovun adı da var.

Buna da bax: YouTube RT-nin almanca kanallarını silir

“Mujskoye qosudarstvo” necə yaranıb

"Mujskoye qosudarstvo” (ingiliscə “Male State” kimi tanıdılır) sosial şəbəkələrdə bir neçə qrupdan ibarətdir. Rəsmi qeydiyyatdan keçməmiş bu hərəkat patriarxat və rus millətçiliyi ideyalarını təbliğ edir. Vladislav Pozdnyakov onu 2016-cı ildə “VKontakte” sosial şəbəkəsində qapalı qrup kimi yaradıb. Qrupun iştirakçıları əsasən internetdə nifrət nitqi, hədə yayır, qadınları və LGBTQ üzvlərini təqib edirlər. 2020-ci ildə “VKontakte” şəbəkəsinin administrasiyası "Mujskoye qosudarstvo” qrupunu "zorakı hərəkətlərə çağırışlara” görə bloklayıb. Bundan sonra “MQ” “Telegram”a köçüb.

Buna da bax: Moskva məhkəməsi Mirzəlizadə haqda qərarın icrasını dayandırıb

“Mujskoye qosudarstvo” tərəfdarları dəfələrlə Rusiyadakı bir neçə restorana qarşı verbal hücumlar təşkil ediblər. Səbəb onların öz reklamlarında qaradərili modellərdən və LGBTQ simvolikasından istifadə etməsi olub.

Bu restoranların hər biri onlardan üzr istəyib. Təkcə “Tanuki” restoran şəbəkəsi bunu etməyib. Əksinə, bu restoran şəbəkəsinin rəhbərliyi öz reklamlarına qaradərili aktyorun çəkildiyi daha bir post əlavə edib, məruz qaldığı hücumlar haqqında məlumatı hüquq-mühafizə orqanlarına ötürüb və “Mujskoye qosudarstvo”nun “Telegram” kanalının bloklanmasına çağırış edib.