Telegram 8,5 min kanalı blokladı

Pavel Durov (Arxiv)

Telegram messencerinin yaradıcısı Pavel Durov deyib ki, oktyabr ayında "terrorçuluqla bağlı" 8,5 min kanalı blokalayıblar:

"Əlbəttə ki, Telegram-ın administratorları messencerin qaydalarına hörmət etməlidirlər. Messencerin istifadəçiləri zorakılığı təbliğ edə bilməz".

Durov bunu Telegram-dakı rəsmi kanalında yazıb.

Bundan əvvəl Rusiyanın Federal Təhlükəsizlik Xidməti Telegram-a müraciət edərək bəzi şəxslərin şəxsi yazışmalarının şifrəsini açmağı istəmişdi.

Teleqram bunu etmədiyi üçün məhkəmədə cərimələnmişdi.