Azərbaycan zabitinin təlimdə öldüyü açıqlanıb

Təlim

Azərbaycan zabitinin təlimdə öldüyü bildirilir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, avqustun 9-u səhər saatlarında Azərbaycan ordusunun Təlim və Tədris Mərkəzinin poliqonunda keçirilən döyüş atışlı məşğələ zamanı bədbəxt hadisə baş verib: "Hadisə zamanı leytenant Babayev İlqar Rüfət oğlu həlak olub. Hadisənin səbəbləri araşdırılır".

Bu məlumata, hələlik, zabitin yaxınlarından münasibət almaq mümkün olmayıb.