Şənbə günü ABŞ-ın Texas ştatında törədilən silahlı hücumda 20 nəfər ölüb, 20-dən çox adamsa yaralanıb.
İnsident Texasla Meksika sərhədində yerləşən El-Paso şəhərində baş verib.
ABC News kanalının məlumatına görə, ölənlər və xəsarət alanlar arasında uşaqlar və qocalar da var.
CNN Federal Təhqiqat Bürosundakı mənbələrə istinadla , terror fakı ilə bağlı istintaq aparıldığını bildirir.
Patrik Kruzius adlı şübhəlinin saxlandığı xəbər verilir. Onun 21 yaşı var. Şahidlərin sözlərinə görə, o, Walmart supermarketinə girərək atəş açmağa başlayıb.
Məlumata görə o hücumdan az əvvəl sosial şəbəkədə irqçi baxışlı “manifest” yerləşdiribmiş.
Orda xüsusilə qeyd edilir ki, “Latınamerikalıların Texsa soxulmasına cavab olaraq atışma olacaq”. Həmçinin sənəddə , bu ilin martında Yeni Zelandiyadakı iki məsçiddə 51 nəfəri öldürən avstraliyalı Brenton Tarranta dəstək bildirilirmiş.
El-Paso şəhərinin 680 min əhalisi var, orda xeyli ispandilli sakin yaşayır. Meksika hakimiyyəti ölənlərdən 3-nün Meksika vətəndaşları olduğunu təsdiqləyib.
ABŞ hakimiyyəti bu hücumu pisləyib, prezident Donald Trump bunu “qorxaq hərəkət” adlandırıb.
Hücum edən supermarketə girəndə orda 3 mindın çox adam varmış.
Məlumata görə, o, Avtomat “Kalaşnikov”dan atəş açıb.
Bu 2019-cu ildə ABŞ-da törədilən 5-ci kütləvi qırğındır.