2011-ci ilin ən yaxşı media fotoları

İspaniyalı Samuel Arandanın bu fotosu World Press Photo-nun 2011-ci il üçün birinci mükafatına layiq görülüb. Fotoda Yəməndə yaralı yaxınını tutan qadın əks olunur.

Bosniyalı Damir Sagoljun bu fotosu Daily Life Singles-ın birinci mükafatını alıb. Foto Şimali Koreyanın paytaxtı Pxenyanda çəkilib. Şəkildə ölkənin qurucusu Kim Il Sung-un portreti asılan bina görünür.

ABŞ-dan Stephanie Sinclair "uşaq gəlinlər" seriyasından fotolarına görə mükafatlandırılıb. Yəməndə çəkilmiş bu fotoda da altı yaşında ərə verilmiş qız (çəhrayı rəngli donda) görünür.

İsveçli Niclas Hammerstrom bu şəkli Norveçdə Andres Borivikin törətdiyi qırğından dərhal sonra çəkib. Bu şəkillə verilmiş xəbər mükafatlandırılıb. Şəkildə Utoya adasında özünü suya atıb canını qurtarmağa &cced

Rusiyalı Yury Kozyrev-in Liviyada Ras Lanufda müxalifətçi döyüşçüləri əks etdirən bu foto da qaliblər arasındadır.

Yaponiyalı Yasuyoshi Chiba "Sunamidən sonra" seriyasından çəkdiyi şəkillərlə qalib olub. Bu şəkildə də dağıntılar altından bacısının diplomunu tapan Chieko Matsukawa görünür.

Danimarkalı Laerke Posselt çəkdiyi bu portretlə qalib olub. Bu, İran əslli danimarkalı aktrisanın portretidir.

İtaliyalı Alex Majoli. O, Misirdə etirazçıların şüar qışqırarkən çəkdiyi bu şəkillə qalib olub. Aksiya iştirakçıları Hosni Mubarakin ist6efa verməyəcəyini dediyi çıxışa reaksiya verirlər. 

Rusiyanın Novaya Zemlya adasında okenanın kənarında təhlükəli uçurumla gedən qütb ayısı. ABŞ-dan Jenny E. Ross-un çəkdiyi bu şəkil Təbiət Mənzərəsi kateqoriyasında birinci olub. 

Fransalı Vincent Boisot-un bu şəkli də qaliblər arasındadır. Şəkildə Seneqalda bir model əks olunub. 

İtaliyalı Paolo Pellegrin -un Yaponiyada sunamidən sonra çəkdiyi bu foto da qaliblər arasındadır.

Polşalı Tomasz Lazar-in bu fotosu da qalibdir. Şəkildə New York City-də həbs olunan aksiya iştirakçılarından biri görünür.

İralndiyalı Ray McManus-ın qalib fotosu. Burada Dublində güclü yağış altında reqbi oyunu əks olunur.

Avstraliyalı Adam Pretty-ın bu fotosu da qaliblər arasındadır. Orada Şanxayda suyatullanma yarışları əks olunur.

Cənubi Afrikadan Brent Stirton-ın çəkdiyi bu foto da birinci mükafata layiq görülüb. Bu, Ukrayna paytaxtı Kiyevdə narkotik maddə aludəçisi olan fahişənin şəklidir.