Tibbi maska, respiratorlara gömrük rüsumu ödənməyəcək

Tibbi maska, arxiv foto

Azərbaycana kənardan gətirilən baxillər, steril və qeyri-steril əlcəklər, tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorlar bu il iyunun 1-dək idxal gömrük rüsumundan azad olunub.

Nazirlər Kabinetiin məlumatında belə deyilir.. Bu məqsədlə “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” qərar verib. Bu addımın koronavirusla mübarizə məqsədilə atıldığı bildirilir.

Rəsmi məlumata görə Azərbaycanda 9 nəfər koronavirusa yoluxub, pasiyentlərin vəziyyəti kafidir, ölüm ahlı qeydə alınmayıb.

Martın 27-dək uşaq bağçaları, ali və orta məktəblərdə tədris dayandırılıb, teatr və mədəniyyət ocaqlarında şənliklər, tədbirlər keçirilməyəcək.