Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) 2 mindən çox əsgəri yanvarın 13-də Qazaxıstandan çıxmağa başlayıb. Məlumatı Rusiya tərəfi yayıb.
“Kollektiv sülhməramlı qüvvələr… avadanlıq və materialları Rusiya aerokosmik qüvvələrinə məxsus hərbi nəqliyyat aviasiyası təyyarələrinə yükləməyə, daimi yerləşmə yerlərinə qayıtmağa hazırlaşırlar”, – Rusiyanın xəbər agentlikləri Müdafiə Nazirliyə istinadla yazır.
KTMT yanvarın 12-də çıxarılma prosesinin 10 gün içində tamamlanacağını bildirib.
***
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev deyib ki, ölkədə vəziyyətin sabitləşdirilməsi üçün dəvət edilmiş Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi hissələri Qazaxıstanı yanvarın 13-də tərk etməyə başlayacaqlar.
Yanvarın 12-də KTMT-nin verdiyi bəyanatda isə deyilir ki, qoşunların Qazaxıstandan çıxarılması 10 günə başa çatacaq.
Tokayev Almatıdadır
Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Almatıya gedib. Ötən həftə Almatı və digər şəhərlərdə zorakı etirazları yatırtmaq üçün Tokayev ölkəyə Rusiyanın başçılıq etdiyi KTMT qüvvələrini dəvət etmişdi.
Prezidentin sözçüsü Berik Ualinin sözlərinə görə, Tokayev Almatıda şəhərin fövqəladə əməliyyatlar üzrə işçi qrupunun iclasına qatılıb, zorakılıqlarda öldürülmüş hüquq-mühafizə əməkdaşlarının qohumları, həmkarları ilə görüşüb.
Yanacağın bahalanmasına etiraz olaraq başlamış aksiyalarda öldürülənlərin dəqiq sayı bəlli deyil.
Sizin brauzer HTML5-i dəstəkləmir
10 min saxlanan
Dinc etirazlar sonradan zorakı xarakter alıb, hökumət binaları, mağazalar yandırılıb.
Qazaxıstan mediasının yanvarın 12-də yazdığına görə, zorakılıqlarla əlaqədar daha 1700 nəfər saxlanıb. Beləliklə də saxlananların ümumi sayı 10 minə çatıb.
Tokayev yanvarın 5-də ölkədə fövqəladə vəziyyət elan edərək KTMT qüvvələrini çağırdı.
Buna da bax: Tokayev Nazarbayevi tənqid edirKeçmiş prezident Nursultan Nazarbayev Milli Təhlükəsizlik Şurasının, Nazarbayevin adamı Kərim Məsimov isə Milli Təhlükəsizlik Komitəsinin rəhbərliyindən uzaqlaşdırılıb, digər təhlükəsizlik rəsmiləri saxlanıb. Bütün bunlar Tokayevin Nazarbayevlə hakimiyyət uğrunda mübarizə aparmasına dair spekulyasiyaya yol açıb.
Prezident yanvarın 13-dən başlayaraq KTMT qüvvələrinin Qazaxıstandan çıxmağa başlayacağını açıqlayıb. O, 2 min əsgərin “ölkədə vəziyyətin sabitləşdirilməsi nöqteyi-nəzərindən böyük rol oynadığını” söyləyib.