Trump Theresa May-ə Avropa Birliyini məhkəməyə verməyi məsləhət görüb

Donald Trump vər Theresa May

Böyük Britaniyanın baş naziri Theresa May deyir ki, ABŞ prezidenti Donald Trump, ona deyib ki, Britaniyanın Avropa Birliyindən çıxması ilə bağlı danışıqlara görə Avropa Birliyini məhkəməyə verməlidir.

AzadlıqRadiosunda olan məlumata görə, Donald Trump iyulun 13-də Theresa May-lə keçirdiyi birgə mətbuat konfransında jurnalistlərə deyib ki,Britaniyanın baş nazirinə belə bir təklif verib, amma o bunu həddən artıq “kəskin” hesab edib.

BBC-nin müxbiri iyulun 15-də Meyə bu barədə sual verəndə isə baş Nazir belə cavab verib: “O mənə dedi ki, Avropa Birliyini məhkəməyə verməliyəm. Danışıqlara getmə onları məhkəməyə ver”, Theresa May vurğulayıb.

Qeud edək ki, Böyük Britaniya 2019-cu il martin sonunadək Avropa Birliyindən çıxmalıdır.

Britaniya sakinləri 2016-cı ildə ölkədə keçirilən referendum zamanı çüzi səs çoxluğu ilə ölkənin Avropa Birliyindən çıxmasına səs verib.

Amma baş nazir Theresa May bu günlərdə bəyan elədi ki, BöyükBritaniya Avropa Birliyindəki azad ticarət zonasında qalmaq istəyir.

Buna da bax: "Britaniya Avropa Birliyindəki azad ticarət zonasında qalmaq istəyir".

Onun bu bəyanatı ölkə daxilində siyasi gərginliyə səbəb oldu və “Sərt Brekzit” tərəfdarları olan bir neçə nazir buna görə istefa verdi.