Bill Clinton-un ‘impiçment vəkili’ Trump-ın komandasına qoşulur

Xüsusi prokuror Robert Mueller (solda) və prezident Donald Trump

Rusiyanın 2016-cı il seçkisinə müdaxiləsi ilə bağlı araşdırmada prezident Donald Trump-ın baş vəkili olmuş hüquqşünas may ayının sonunda vəzifəsini tərk edəcəyini bidlirib.

Ağ Evin sözçüsü Sarah Sanders mayın 2-də vəkil Ty Cobb-un işdən gedəcəyini təsdiq edib.

Sanders deyib ki, onu Vaşinqton vəkillərindən Emmet Flood əvəz edəcək. Flood 1998-1999-cu illərdə keçmiş prezident Bill Clinton-un impiçmenti məsələsinə baxılarkən onun vəkili olub.

Sanders bu barədə deyib: "Emmet Flood Ağ Evin heyətinə qoşularaq prezidenti və administrasiyanı Rusiya əcinnə ovundan müdafiə edəcək”.

Bununla da sözçü Donald Trump-a qarşı ədalətsiz əcinnə ovu aparıldığını bir daha vurğulayıb.

Nə Cobb, nə də Flood bu barədə sorğulara cavab verməyiblər. Cobb birbaşa Trump-la işləməsə də, Ağ Evin vəkili vəzifəsini icra edir.

Bəzi şayiələrə görə bu təyinat Trump-ın xüsusi prokuror Rober Mueller tərəfindən dindirilməyə məruz qalacağı ehtimalı ilə bağlıdır.

Trump Rusiya ilə hər hansı sövdələşməyə girdiyinə və ya ədalətin qarşısını almağa çalışdığına dair iddiaları rədd edir.

Cobb-un istefası Trump-ın hüquqşünaslar komandasında hazırlıq dəyiş-düyüşü kimi qiymətləndirilir.

Onun şəxsi vəkili John Dowd mart ayında istefaya gedib, Trump-ın tərəfdarı və keçmiş federal prokuror Rudy Giuliani isə əksinə, aprel ayında hüquqşünaslar komandasına qoşulub.