Trump Şimali Koreya liderinə silahsız zonada görşməyi təklif edib

Donald Trump-ABŞ prezidenti , Yaponiya, 28 iyun, 2019 Osaka.

ABŞ prezidenti Donald Trump Şimali Koreya prezidenti Kim Jong Un-a Şimali və Cənubi Koreya arasındakı silahsız zonada görüşməyi təklif edib.

O bunu, Böyük 20-lər ölkələrinin Yaponiya sammiti bitdikdən dərhal sonra edib.

Bunu Donald Trump iyunun 29-da özünün Tvitter səhifəsində yazıb.

Prezident bildirib ki, sammitdən sonra Cənubi Koreyaya yollanacaq və əgər Kim istəsə, onunla silahsız zonada əl-ələ görüşə bilər.

Hələlik görüşün mümkünlüyü barədə heç bir məlumat yoxdur.

New York Times yazır ki, bu təşəbbüs təkcə sammitdə iştirak edəb diplomatlar üçün yox,Trump-ın müşavirləri üçün də gözlənilməz olub.

Qeyd edək ki, Donald Trump-la Kim Jong Un arasında keçirilən son görüş nəticəsiz olub.

Donald Trump Şimali Koreya liderinin nüvə silahının məhvinə hazır olmadığını biləndə, görüşü davam etdirməkdən imtina edib.

Şimali Koreya lideri hələlik Trump-ın rəklifinə cavab verməyib.