Trump Rusiyanın seçki müdaxiləsinə dair bəyanatını yenə də dəyişir

Donald Trump

ABŞ prezidenti Doanld Trump öz ölkəsinin kəşfiyyat rəhbərinin bəyanatlarına zidd gedərək deyib ki, Rusiya daha ABŞ seçkilərinə müdaxilə etmir.

ABŞ milli kəşfiyyatının başçısı bildirmişdi ki, Rusiya 2018-ci ildə keçiriləcək Konqres seçkilərinə müdaxilə etməyə çalışır.

Sizin brauzer HTML5-i dəstəkləmir

Trump-la Putin təkbətək görüşdən sonra mətbuat konfransı keçirdilər

AzadlıqRadiosu yazır ki, Trump iyulun 18-də keçirilən hökumət müşavirəsində bundan bir gün əvvəlki bəyanatları ilə ziddiyyət təşkil edən fikirlər səsləndirib.

ABŞ prezidenti bir gün əvvəl demişdi ki, o Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxilə etdiyinə və 2018-ci il seçkisinə də müdaxilə etməyə çalışdığına dair Birləşmiş Ştatların kəşfiyyat agentliklərinin gəldiyi nəticələri qəbul edir.

Trump bu bəyanatı bir jurnalistin “Rusiya hələ də ABŞ-ı hədəfləyirmi, cənab prezident?” sualına cavab olaraq verib:

"Çox təşəkkür edirəm. Yox”.

Həmin jurnalist prezidentin buna əmin olub-olmadığına dair təkrar sual verəndə, Trump yenidən “yox” deyib.

Sizin brauzer HTML5-i dəstəkləmir

ABŞ və Rusiya prezidentlərinin sammitinə reaksiyalar

Trump bunu da bildirib ki, hələ heç bir prezident Rusiyaya münasibətdə onun qədər “sərt” olmayıb. O buna misal olaraq Suriyadakı hərəkətlərinə görə Moskvanın üzərinə qoyulmuş sanksiyaları yada salıb.