Trump-ın keçmiş kampaniya rəhbərinə bağlı vəkil 30 günlüyə həbs edilib

Alex van der Zwaan

Bir vaxtlar ABŞ prezidenti Trump-ın keçmiş seçki kampaniyası rəhbəri ilə yaxından işbirliyində olmuş hollandiyalı vəkil 30 gün müddətinə azadlıqdan məhrum edilb və o əlavə olaraq xüsusi prokuror Robert Mueller-in müstəntinqlərinə özünün Trump-ın 2016-cı il seçki kampaniyası ilə əlaqələri barədə yalan məlumat verdiyinə görə 20 min dollar cərimə olunub.

Beləliklə də, Rusiya milyarderi German Xanın kürəkəni olan Alex van der Zwaan Mueller-in istintaqı gedişində azadlıqdan məhrum edilən ilk şəxs olub.

Van der Zwaan bundan başqa həm də azad edildikdən sonra 2 ay müddətində nəzarətdə olacaq.

O ötən fevral ayında Trump-ın keçmiş kampaniya müşaviri Rick Gates-lə əlaqələrinə dair federal orqanlara yalan danışdığını etiraf etmişdi.

Prokurorların qənaətinə görə Rick Gates-in Rusiya kəşfiyyatı ilə əlaqələri ola bilərdi

Van der Zwaan aprelin 3-də məhkəmə hökmü oxudunduqdan sonra deyib: “Mən düz iş görməmişəm. Mən məhkəmə qarşısında, öz həyat yoldaşım qarşısında üzr istəyirəm”.

Onun vəkilləri Zwaan-ın cəriməni ödəyərək tezliklə yaşadığı Londona qayıtmasına çalışırdılar. Onun xanımı hazırda hamilədir.

Lakin ABŞ sahə hakimi Amy Berman Jackson deyib ki, qətimkan tədbiri zəruridir.

Hakim deyib: “Bu səhvdən daha böyük günahdır. Bu sadəcə olaraq ani yanılma və çaşma deyildi”.

Hakim bildirib ki, bu cinayətin müqabilində pul ödəyib getmək kifayət olmazdı.

Van der Zwaan 2012-ci ildə ABŞ-ın Skadden, Arps, Slate, Meagher & Flom hüquq firmasının Londondakı işçisi idi və o məhz həmin vaxt Gates və Manafort-un adından Ukrayna hökuməti üçün iş görmüşdü.