ABŞ-la Çin ticarət danışıqlarını davam etdirmək razılığına gəliblər

ABŞ prezidenti Donald Trump və Çin prezidenti Xi Jinping , 9 noyabr, 2017

ABŞ-la Çin ticarət danışıqlarını bərpa etmək razılığına gəliblər.

Donald Trump-la Xi Jinping Böyük 20-lər ölkələrinin Yaponiya sammitində iki ölkə arasındakı ticarət mübahisəsini müzakirə ediblər.

Çin mətbuatının yazdığına görə, görüş təxminən saatyarım çəkib.

Qeyd edək ki, iki ölkə arasındakı ticarət mübahisəsi ümumdünya təsərrüfat sistemində sabitliyi təhlükə altında qoyub.

Donald Trump-ın sözlərinə görə, görüş çox yaxşı ab-havada keçib. “Biz yenidən düzgün yola düşdük” Trump deyib.

Şərhçilər Osaka görüşünün nəticələrini, Trump-ın Çini əlavə sanksiyalarla hədələməsi, eyni zamanda tərəflərin uzunmüddətli razılaşmanın əsası kimi çərçivə razılaşması ələd etməsi arasında bir kompramis hesab edirlər.

Buna da bax: ABŞ-la Çin qarşılıqlı şəkildə tarifləri qaldırdılar

Beynəlxalq Valyuta Fondu-nun məlumatına görə, ABŞ-la Çin arasında ticarət münaqişəsinin genişlənməsi 2020-ci ildə dünyada ümumdaxili məhsulun 0,5 faiz azalmasına səbəb ola bilər.