Türkiyənin Qara dəniz bölgələrində baş verən daşqınlarda ölənlərin sayı 70 nəfərə çatıb.
Reütersin avqustun 16-da verdiyi məlumata görə, bundan başqa Kastamonu və Sinopda 47 nəfər itkin düşmüş hesab olunur.
Xilasedici qüvvələr hazırda onların axtarışını aparır.
Təkcə Kastamonu əyalətində 60 nəfər ölüb. Sinop və Bartında da itkilər olduğu bildirilir.
Ötən həftə baş verən daşqınıar bölgədə xaos yaradıb.
Sel küçələrdə avtomobillər, qarşısına keçən hər şeyi yuyaraq aparıb. Körpülər və yollar dağıldığından təbii fəlakət zonaları ətraf mhütdən təcrid vəziyyətə düçüb.
Fövqəladə Hallar Xidmətinin məlumatına görə, təbii fəlakət zonalarından 2000-dən çox adam köçürülüb.
Sinoptiklər xəbərdarlıq ediblər ki, güclü yaxıntı və yeni daşqınlar gözlənir.
Bundan əvvəl də bölgədə güclü daşqınlar olmuşdu.