Rusiyanın Müdafiə Nazirliyi bəyan edib ki, “Rusiya təyyarəsi barədə danışmaq” üçün Türkiyə hərbiyyəsi ilə əlaqəyə girib.
Bundan bir neçə saat əvvəl Türkiyənin, onun hava sərhədini Suriya tərəfdən pozan naməlum pilotsuz təyyarəni vurduğu xəbər verilmişdi.
Bu arada Rusiya xarici işlər nazirinin müavini Mikhail Bogdanov deyib ki, bu barədə oktyabrın 18-də İstanbulda Türkiyə rəsmiləri ilə danışacaq.
Rusiya xarici işlər nazirinin müavini Mikhail Bogdanov deyib ki, bu barədə oktyabrın 18-də İstanbulda Türkiyə rəsmiləri ilə danışacaq
Türkiyə hökuməti dronun düşdüyü ərazini araşdırmaq üçün ekspertlər göndərib. Bu qrup pilotsuz təyyarənin kimə məxsus olduğunu aşkara çıxarmalıdır.
Təyyarənin Türkiyənin Kilis şəhərinin 3 kilometrliyində vurulduğu xəbər verilir.
Amerika rəsmiləri təyyarənin Rusiyaya məxsus olduğunu düşünürlər.
Bundan əvvəl Rusiya hərbiyyəsi onun bütün təyyarələrinin “plan üzrə işlədiyini” bildirmişdi.
Suriya üzərində dronlardan ABŞ, Suriya və Rusiya istifadə edir.
NATO üzvü Türkiyə Suriyada hava zərbələri kampaniyası aparan Rusiya hərbi təyyarələrinin onun hava sərhədlərini pozmasından dəfələrlə şikayət edib.
Rusiya həmin insidentlərin “pis hava şəraitinə” görə baş verdiyini bildirmişdi.
Bəzi Britaniya qəzetləri artıq “Türkiyə Rusiya təyyarəsini vurdu” kimi başlıqlarla çıxır.
Rusiyanın Rossiya-24 kanalında isə Türkiyə və İslam Dövləti adlanan təşkilatın əlaqələri barədə xəbər və “təhlil”lər efirə verilir.